“Yeni iqtisadi model hazırlanır” – Əli Həsənov + VİDEO

15 Aprel 2019 - 00:14
111 oxunma

Azərbaycanın yeni iqtisadi modeli hazırlanır. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Əli Həsənov Xəzər TV-yə müsahibəsində açıqlayıb ki, yeni model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və sahibkarlara daha yaxşı şəraitin yaradılmasını nəzərdə tutur.

Prezidentin köməkçisi onu da bildirib ki, yeni iqtisadi model həyata keçirilən islahatların davamıdır.

Əli Həsənovun sözlərinə görə, iqtisadi sahədə həyata keçirilən islahatlar artıq başlanğıc mərhələsində öz effektini verib. Bunun ən bariz nümunəsi vergi və gömrük daxilolmalarındakı artımdır.

Prezidentin köməkçisi sosial islahatlardan da danışıb və bunun davamlı proses olduğunu deyib.

Əli Həsənov əlavə edib ki, yeni sosial-iqtisadi islahat paketi xalq tərəfindən də dəstəklənir. Bunu Fransanın “Opinion Way” şirkətinin keçirdiyi sorğunun nəticələri də göstərir.

Prezidentin köməkçisi anons edib ki, bütün sahələrdə islahatlar davamlı olacaq. Dövlət artan imkanlarını vətəndaşların rifahına yönəldəcək.

Qeyd edək ki, Əli Həsənovun geniş müsahibəsi aprelin 14-ü Xəzər TV-nin “Gündəm” proqramında efirə gedəcək.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"