Yeni başçı xəbərdarlıq etdi: onlarla yolumuzu ayıracağıq

27 İyun 2018 - 13:21
231 oxunma

İşində nöqsanı olan şəxslərlə yollarımızı ayırmalı olacağıq.

Reportyor.info  xəbər verir ki, bu sözləri prezidentin 6 iyun 2018-ci il tarixli sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Elxan Allahverdiyev Modern.az saytına verdiyi geniş müsahibəsində bildirib.

İcra başçısı deyib ki, istənilən zaman rayonun idarəetmə strukturlarında dəyişiklik gözləniləndir:

“İşimizdə əsas prinsip vətəndaş məmnunluğudur. Bu prinsiplə işləyən, dövlətimizə, xalqımıza xidmət edən kadrlar işlərinə davam edəcək. İşində nöqsanı olan şəxslərlə isə təbii ki, yollarımızı ayırmalı olacağıq”.

E.Allahverdiyev bildirib ki, fəaliyyəti müddətində media ilə daha açıq işləyəcək:

“KİV-lərlə iş bizim fəaliyyətimizin vacib hissələrindən biri olacaq. Biz mətbuatla əməkdaşlıq etməyə həmişə hazırıq. Öz növbəmizdə də ümid edirik ki, mətbuat nümayəndələri də ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq həyata keçirdiyimiz işləri insanlara çatdırmaqda bizə dəstək olacaqlar”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"