Xalq artisti Röya Ayxan “Fatehin divanı” verilişində qonaq olub.
Reportyor.info xəbər verir ki, sənətçi ona yazılan şərhlərdən danışıb: “Arada yazırlar ki, ay Allah, nə çirkinsən, amma ölürəm sənin üçün… Elə bilirəm ki, insan yanımdadır, ona görə məni belə çox istəyir. Mən hələ olduğum yeri anlamıram. Özümə müəyyən çərçivələr qoymuşam, dəliliklərim yerindədir. İndi tamaşaçılar bunu görmür, çünki efirə az çıxıram. Hər gün proqramlarda olsam, betərinin şahidi olarlar. Mən verilişlərdə şarlardan, əlavə bəzəklərdən bezmişəm”.
Röya ona söz atanlara cavab verməməsinin səbəbini də açıqlayıb: “İnsanların ailə həyatı qurması və ayrılması barədə danışmağı sevmirəm. Deyirəm ki, bu mövzuları məndən uzaq tutun. Bir aktrisa (Məlahət Abbasova – red.) mənim barəmdə xoşəgəlməz sözlər dedi, cavab qaytardım. 3 gecə yata bilmədim, başqalarının pis enerjisini götürmüşdüm. Qoy, məndən danışsınlar, özüm gecə rahat yatım. Çünki mən cavab verəndə ağır olur”.