20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“YAŞ ÖZ İŞİNİ GÖRÜR. MƏN BUNA ÇOX ŞADAM…” – Artur Rasi-zadə danışdı (Müsahibə)

31 May 2018, 10:59
Gündəm
A A
“YAŞ ÖZ İŞİNİ GÖRÜR. MƏN BUNA ÇOX ŞADAM…” – Artur Rasi-zadə danışdı (Müsahibə)

Azərbaycan Respublikasının 6-cı baş naziri… Azərbaycan tarixində ən uzunömürlü məmur… Azərbaycanın dahi yazıçısı Hüseyn Cavidin qardaşı nəvəsi… Belə bir şəxslə hansı jurnalist həmsöhbət olmaq istəməz ki? Mən də uzun illər idi ki, hörmətli Artur Rasi-zadə ilə həmsöhbət olub, ondan qəzetimiz üçün müsahibə almaq istəyirdim. 22 il hökumətə rəhbərlik etsə də, üstəlik, daha əvvəllər mühüm vəzifələrdə çalışsa da, adı heç zaman korrupsiya məsələlərində, qruplaşmalarda, digər neqativ məsələlərdə hallanmayan Artur Rasi-zadə fenomen şəxsiyyət olaraq hər zaman maraqlı persona kimi diqqət mərkəzində olub.

Bu mənada ondan müsahibə almaq əminəm ki, çox həmkarlarımın ürəyindən keçib. “Yeni Müsavat” olaraq hətta müsahibə üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə ünvanladığımız xahişimiz ünvanına çatdırılsa da, nəticə olmamışdı. Ancaq görünür, Artur müəllimlə baş nazir olduğu dönəmdə həmsöhbət olmaq qismətimizdə yox imiş. Mətbuatla ünsiyyətdən demək olar ki, kənarda dayanan cənab Rasi-zadə ilə bağlı bir ilkə imza atmaq üçünsə onun istirahətə getməsini gözləmək lazım imiş. Telefon zəngimizə cavab verəndə, düzü, əvvəlcə inanmadım. Salamlaşıb, əmin olduqdan sonra isə Cümhuriyyətimizin 100 illiyi münasibətilə sabiq baş naziri təbrik etdik və fürsət düşmüşkən bəzi suallara cavab aldıq. Yeri gəlmişkən, Artur müəllimin Azərbaycan dilində kifayət qədər səlis danışması və səmimiyyətindən məmnun qaldım.

– Artur müəllim, adətən məmurlar vəzifədən uzaqlaşandan sonra ən azı bir müddət özlərini narahat hiss edirlər. Sizin əhval-ruhiyyəniz necədir?

– (Gülür). Yox, heç bir narahatlıq yoxdur. Təbii ki, fiziki cəhətdən çox böyük yük idi axı. Digər tərəfdən də istər-istəməz yaş özünü göstərir. Təbiətin qanunlarını hələ heç kim ləğv edə bilməyib. Sağ olsun cənab prezident, bunu nəzərə alıb mənim istirahət etməyimi məsləhət gördü. Mən buna çox şadam, sağ olsun. Çünki böyük yük idi. Dediyim kimi, yaş da özünü göstərir. Baxmayaraq ki, bir mahnı var, “Ömür deyir qocalmısan, ürək deyir yaşa hələ!” (ürəkdən gülür).

– 83 yaşınızın olmasına baxmayaraq, iş qrafikinə çox dəqiqliklə əməl etdiyinizi bilirik. Yəqin ki, siz vəzifədə olduğunuz uzun illər boyu da sağlamlığınızın qayğısına qalmışınız, ona görə gümrah qalmağı bacarmısınız. Maraqlıdır, belə gümrah, enerjili qalmağın resepti varmı? Bəlkə gənclərə məsləhətlərinizi verəsiniz.

– Bəli. İdmanla məşğul olurdum. Əsasən piyada gəzməyi xoşlayırdım.

– Bundan sonrakı həyatınızı necə yaşamaq, nə işlə məşğul olmaq istəyirsiniz?

– Sağlıq olsun. Bir az vaxt keçəndən sonra görək nə ilə məşğul olacağıq. Fikirlər qalır da. Necə deyərlər, beyin işləyir də (gülür).

– Sələfiniz, yeni baş nazir Novruz Məmmədovla əlaqə saxlayırsınızmı, hansısa məsələlərlə bağlı məsləhətləşmə olurmu?

– Yox. Hələ hansısa məsləhətləşmələrimiz olmayıb. Amma sağlıq olsun, görüşərik.

– Siz böyük bir nəslin nümayəndəsisiniz. Maraqlıdır, Hüseyn Cavid nəslinin nümayəndəsi olan Artur Rasi-zadə indiyəcən hansısa bədii əsər yazıbmı, yaxud yazmaq istərdimi?

– Hərdənbir belə fikirlər keçib ürəyimdən. Amma baxaq, görək. Bir az vaxt keçsin. Qismət olsa… Mən neçə vaxt idi vəzifələrdə çalışırdım. Hələ sovet vaxtından vəzifələrdə işləmişəm. Bilirsən də, ailəlikcə nə çətinliklərdən keçmişik. Repressiya məsələsi. “Xalq düşməni” damğası və sair.

– Uzun müddət Nazirlər Kabinetinə rəhbərlik etmiş şəxs kimi Azərbaycanın bu günü və gələcəyi barədə nə düşünürsünüz? Son kadr dəyişiklikləri ilə bağlı nə deyə bilərsiniz?

– Mən hesab edirəm ki, işlərimiz yaxşı getməlidir. Çünki buna əsas var. Həm də yaxşı kadrlarımız var. Xalqla iqtidarın birliyi mövcuddur.

– Artur müəllim, sizi ən çox narahat edən nədir?

– Əsas məsələ Dağlıq Qarabağ məsələsidir. Bu, məni həmişə narahat edib, darıxdırıb. İndi də Qarabağ məsələsi, torpaqlarımızın işğal altında qalması məni çox darıxdırır. Hesab edirəm ki, bu, bizim qarşımızda dayanan ən vacib məsələlərdən biridir.

– Qarabağın taleyi ilə bağlı nikbinsinizmi?

– Sağlıq olsun. Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir. Mən həmişə bu işlərin içərisində olmuşam. Ona görə hesab edirəm ki, işlər yaxşılığa doğru gedəcək. İnşallah, Qarabağ məsələsi də öz həllini tapacaq.

– Artur müəllim, həyat yolunuzdan, iş fəaliyyətinizdən bəhs edən xatirələrinizi yazmaq, ortaya memuar qoymaq niyyətiniz varmı?

– Mənə onu məsləhət görürlər. Amma hələ bir az dincəlim. Çünki mən 61 il gərgin mühitdə işləmişəm. Bu barədə düşünürəm. Sizə diqqətinizə görə minnətdarlığımı bildirirəm. Sağ olun.

– Biz də sizə təşəkkür edirik.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Əvvəlki yazı

“İyunun 1-dən hava yenidən sərinləşəcək” – Umayra Tağıyeva

Sonrakı yazı

Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.