01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

YAP və parlament partiyaları koronavirusa qarşı çırmandı

19 Mart 2020, 10:38
Gündəm
A A
YAP və parlament partiyaları koronavirusa qarşı çırmandı

Azərbaycanda koronavirusla əlaqədar xüsusi rejim elan olunub. Bakıya giriş-çıxış məhdudlaşdırılıb, ölkədaxili qatarların hərəkəti dayandırılıb, təhsil müəssisələri bağlanıb, toy və yas məclisləri qadağan edilib, kütləvi tədbirlər, bayram şənlikləri ləğv olunub, hər yerdə dezinfeksiya işləri aparılır.

Bir sözlə, respublikada aktiv həyat dayanıb və koronavirus pandemiyasına qarşı kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu da özlüyündə iş yerlərində, müxtəlif təşkilatlarda fəaliyyətə təsirini göstərib.

Artıq siyasi partiyalar, firqələr də koronavirusa qarşı çırmanaraq iş rejimində dəyişikliklər ediblər. Çünki partiyalar da kütləvi toplanış yerləri sayılır.

Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a bildirdi ki, tədbirlər təxirə salınıb.

Hakim partiya rəsmisi qeyd etdi ki, rayon təşkilatları və Mərkəzi Aparat işini davam etdirir: “Biz bayram günlərində də işləyəcəyik.  Partiyanın rəsmi saytında rayon təşkilatlarının əlaqə nömrələri yerləşdirilib. Kimin sözü, müraciəti varsa, əlaqə saxlaya bilər”.

S.Novruzov qeyd etdi ki, partiyada dezinfeksiya işləri aparılıb, iclaslar təxirə salınıb: “Amma iqtidar partiyası olaraq bayram günləri işləyəcəyik”.

Vətəndaş Həmrəyli Pariyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı da qəzetimizə söylədi ki, artıq 10 gündür qəbullar dayandırılıb:

“İşçilərin bir hissəsini evə buraxmışıq, gündəlik vacib olan işləri görənlər qərargaha gəlirlər. Qəbul vaxtının ləğvini də aprelin 15-nə kimi uzatmışıq, rayon təşkilatları ilə gediş-gəlişi dayandırmışıq”.

VHP sədri bildirdi ki, partiyanın ofisində bir neçə dəfə dezinfeksiya işləri aparılıb: “Bütün masalar, pəncərələr dezinfeksiya olunub. Hər kəs özünü qorumalıdır.

Bu qədər vahimənin yaranması boşuna deyil. Ancaq qorxmaq yox, tədbirlər görmək lazımdır. İnsanlar küçələrdə çox vaxt keçirməsinlər, təmas azalmalıdır”.

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı da qərargahda tədbirlərin ləğv olunduğunu açıqladı. Onun sözlərinə görə, dezinfeksiya işləri aparılıb, hər kəs tibbi maskada gəzir, gediş-gəliş qadağan olunub, ofisdə işləyənlər gigiyenik qaydalara ciddi şəkildə riayət edirlər, martın 19-da günün ikinci yarısından hər kəs tətilə buraxılacaq.

F.Ağamalı Novruz bayramının ilk günlərində Salyan və Neftçalada seçicilərlə görüşlər nəzərdə tutub, lakin koronavirus təhlükəsi ilə əlaqədar təxirə salmalı olub:

“Ümumi vəziyyətə uyğun olaraq, məcbur qalaraq addım atdıq. Təəssüf ki, seçicilərlə görüş alınmadı. Ayın sonuna qədər gedişatı izləyib, ona uyğun addımlar atacağıq”.

Deputat Razi Nurullayevin sədri olduğu yeni AXCP-nin sədr müavini Ehtiram Mehdiyev də bildirmişdi ki, qabaqlayıcı tədbirlər görülür, ofisin girişində dezinfeksiya üçün spirtlər qoyulub.

Onun sözlərinə görə, iclaslar və tədbirlər təxirə salınıb: “Razi Nurullayev millət vəkili kimi İmişlidə sakinlərlə göruşlər keçirir. Amma partiya olaraq hesab edirik ki, qabaqlayıcı tədbirlər lazımdır”.

Bundan əlavə, parlament partiyası olmayan ADP, KXCP, AĞ Partiya və digər təşkilatlar da koronavirusla bağlı önləyici addımlar atıblar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (Covid-19) bağlı son məlumatı açıqlayıb. Təşkilatın martın 18-nə olan məlumatına əsasən, 166 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 198 543, yeni yoluxanların sayı 326 nəfərdir. Bildirilib ki, indiyədək yeni koronavirusdan 7 988 nəfər ölüb. Xəstəliyə yoluxanlardan 82 779 nəfər sağalıb ki, onlardan 1100 nəfəri yeni sağalanlardır.

Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, ölkə daxilində bir şəxsdən digər şəxsə koronavirusa yoluxma halı müşahidə edilməyib.

C.İsayev əlavə edib ki, Azərbaycanda indiyədək qeydə alınan yoluxma hallarının hamısı gətirilmə hal olub: “Azərbaycanda koronavirusa yoluxma halları əsasən İrandan gələnlər arasında qeydə alınıb. Koronavirusa yoluxanların hamısının karantin rejimində saxlanılması təmin edilib”.

Koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.

Əvvəlki yazı

Vilayət Eyvazov koronavirusla bağlı ƏMR İMZALADI

Sonrakı yazı

Həmid Herisçi: “Virus Trampın agentidir”

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.