YAP-çı deputatdan Milli Məclis rəhbərliyinə irad:”Heydər Əliyev olmasaydı…”

12 İyul 2019 - 14:43
147 oxunma

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deputatlara irad bildirib.

O deyib ki, iclasda qanuna dəyişiklik layihələri müzakirə olunub, amma əsas qanuna toxunulmayıb.

“Bu qanunların banisi Heydər Əliyevdir. O, olmasaydı, bu qanunlar da olmazdı, indi müstəqil, inkişaf etmiş Azərbaycan var. Bu ölkənin qurucusu var, mütləq yada salınmalıdır. İki gün sonra Heydər Əliyevin halkimiyyətə gəlməsinin 50 illiyidir. Hesab edirəm ki, Milli Məclis Heydər Əliyevin hakimiyyətinin 50 illiyi ilə bağlı bəyanat və ya müraciət qəbul etməlidir”, S.Novruzov bildirib/Report.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"