15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

YAP-çı deputat: “Siyasi böhranın nəticəsi deyil”

28 Noyabr 2019, 14:49
Siyasət, Manşet
A A
YAP-çı deputat: “Siyasi böhranın nəticəsi deyil”

“Azərbaycanda ciddi, sürətli, səmərəli, effektiv islahatlar həyata keçirilir. Ölkə başçısının rəhbərliyi ilə ayrı-ayrı sahələrdə aparılan bu islahatlar 2003-cü ildən başlayıb. Amma sonuncu prezident seçkisindən sonra yenidən dövlət başçısı seçilən İlham Əliyev öz inauqurasiyasında bu mesajları hökumətə, cəmiyyətə çatdırmışdı”.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin buraxılması haqqında müraciətdən danışan hakim Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizdə hüquq-məhkəmə, sahibkarlıq, sosial və s. sahələrdə ciddi islahatlar gedir:

“Ölkə başçısı bu ilin əvvəlində etdiyi çıxışda siyasi sahədə də islahatların gedəcəyini istisna etməmişdi. Ona görə, bu gün Yeni Azərbaycan Partiyasının ölkə başçısına parlamentin buraxılması ilə bağlı müraciət ünvanlaması gözlənilən qərar idi. Bir sahədə islahatlar getsə, digər sahələrdə davam etdirilməsə, tarazlıq pozular. Nəticədə dövlətimizin güclənməsi, xalqın rifahı istiqamətinə yönələn dəyişikliklər daha yaxşı nəticələr versin deyə, siyasi sahədə də islahatlar aparılmalı idi. Bu sahədə islahatlar həyata keçirilməsə, digər sahələrdə aparılan islahatlar üçün maneələr ola bilər. Dünya təcrübəsi də bunu göstərir.
Ona görə, bu gün YAP Siyasi Şurası çox düzgün qərar qəbul qəbul etdi. Həyata keçirilən islahatların nəticəsini, səmərəsini biz görürük”.

M.İbrahimqızı onu da vurğulayıb ki, ölkə başçısının çıxışlarında dediyi, eləcə də, BDU-nun 100 illik yubiley tədbirində səsləndirdiyi kimi, bu islahatlar kampaniya xarakteri daşımamalıdır və daşımayacaq:

“İslahatlar vaxtaşırı davam etdirilməlidir. Əminəm ki, siyasi islahatlarımız uğurla həyata keçirilən bütün dəyişikliklərlə bərabər, paralel uğurlara imza atacaq. Dövlətimiz, xalqımız üçün xeyirli uğurlu olsun”.

M.İbrahimqızı parlamentin buraxılması haqqında qərarın səbəblərinə də toxunub:

“Bu məsələyə başqa cür siyasi rəng verməyə çalışanlar var. Halbuki bu hər hansı siyasi böhranın nəticəsi deyil. Ölkəmizdə hər iş yüksək səviyyədə həyata keçirilir. Ciddi uğurlara imza atılır, bu il sürətli islahatlara start verilir. Bəzi üzdəniraq təşkilatlar, media nümayəndələri çalışırlar qara şüşədən baxsınlar. Bu tamamilə yanlışdır. Ölkə başçısı özü islahatların siyasi sahəni də əhatə edəcəyini qeyd etmişdi. Milli Məclisin buraxılmasının kiçik səbəbləri də var. Səhv etmirəmsə, 10-a yaxın deputat mandatı boşdur. Milli Məclisin işləməsi üçün bu problem də yarada bilərdi. Çünki bilirsiniz, millət vəkilləri beynəlxalq əlaqələrin inkişafı ilə bağlı çox zaman xarici ölkələrdə olurdular. Bu da nəzərə alınıb. 5 illik müddətin vaxtı azaldığından 10 mandat üçün seçki keçirilməsi də məqsədəuyğun deyildi. Əsas məsələ odur ki, ölkəmizdə ciddi uğurlu islahatlar həyata keçirilir və siyasi islahatlar da zəruri idi”.

Xatlırladaq ki, bu gün hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirlməsinin vacibliyi barədə çıxışlar edilib. Bu çıxışlarda 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əsaslar olduğu vurğulanıb.

Bildirilib ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkinin keçirilməsi Prezientin son vaxtlar həyata keçirdiyi islahatlara dəstək məqsədi daşıya bilər.

Daha sonra ölkə Prezidentinə növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı müraciət qəbul olunub.

Əvvəlki yazı

İlqar Məmmədov: “Milli Məclis onsuz da buraxılmalı idi”

Sonrakı yazı

Zərdüşt Əlizadə: “Şillə vuranlar gedəcək”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.