05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“YAP-a qayıtmaq üçün cəhd etmədim” – Gülər Əhmədova Hafiz Hacıyevi seçməyinin səbəbini AÇIQLADI

04 Dekabr 2020, 19:34
Cəmiyyət
A A
“YAP-a qayıtmaq üçün cəhd etmədim” – Gülər Əhmədova Hafiz Hacıyevi seçməyinin səbəbini AÇIQLADI

Ötən gün Müasir Müsavat Partiyasına üzv olmuş sabiq millət vəkili Gülər Əhmədovanın Yenisabah.az-a müsahibəsi:

– Gülər xanım, Müasir Müsavat Partiyasına üzv olmağınız yenidən siyasətə dönüş kimi qiymətləndirilə bilərmi?

– İstənilən partiyada olmaq, artıq siyasətə qayıtmaq deməkdir. Hansı partiya olmağının fərqi yoxdur. Partiyada iştirak etmək, partiyanın qarşısına qoyduğu vəzifələri həyata keçirmək şübhəsiz ki, siyasi fəaliyyətdir.

– Niyə məhz Müasir Müsavat partiyası?

– Son 8 il ərzində kifayət qədər təkliflər olub. Təkliflərin arasından Müasir Müsavatı seçməyimin əsas və ən cəlbedici səbəblərindən biri Müsavat ideyalarının olmasıdır. Çünki mən partiyanın nizamnaməsi ilə tanış oldum və Rəsulzadə ideyaları, Rəsulzadənin Azərbaycan üçün önəminin xüsusi yeri olduğunu gördüm. Müasir olsa da, keçmiş olsa da, Müsavat ideyaları hər bir azərbaycanlı üçün çox cəlbedici ideyadır. Çünki Vətənini sevən, Azərbaycanın suverenliyi, müstəqilliyi barədə düşünən hər bir azərbaycanlı şübhəsiz ki, müsavat ideyalarına çox böyük hörmətlə yanaşır.

– Hafiz Hacıyevlə sizi hansı siyasi dünyagörüş bağlayır?

Müxtəlif Müsavat partiyaları var, amma hər biri bu ideyanın əsasındadır. Bu partiyaların liderlərinin də həmin məsələlərə müxtəlif baxışları var. Məsələn, mənim Müasir Müsavatda bəyəndiyim başqa bir məqam ondan ibarətdir ki, bu partiya Azərbaycanın Prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və konkret Prezidentin şəxsi ilə bağlı hər zaman doğru, dürüst informasiyaları xalqa ötürür və cənab Prezidentin şəxsi ilə bağlı doğru siyasi qərarlar qəbul edir. Buna görə də belə qərara gəldim ki, həm Müsavat ideyaları, həm də cənab Prezidentin daxili və xarici siyasətinə dəstək olmaq məqsədilə bu partiyaya üzv olum. Cənab Prezidentin bundan sonra da görəcəyi kifayət qədər iş var. Düzdür, biz Qarabağ problemini həll etdik, hesab edirəm ki, belə bir problem mövcud deyil, amma şübhəsiz ki, problemin həllindən sonra onun səliqəyə salınması üçün işlər aparılmalıdır.

–  Gülər xanım, siz hakim Yeni Azərbaycan Partiyasının tanınmış simalarından biri olmusuz, YAP-a qayıtmaq üçün cəhd etdinizmi?

– Xeyr, cəhd eləmədim, çünki YAP bu gün ideya və maraqlarından uzaqlaşıb. Mən düşünürəm ki, Cənab Prezidentin sədr olması bu partiya üçün artıq keçmiş olmalıdır, bu, keçmiş bir hadisə kimi qeyd olunmalıdır. Bunun səbəbləri var. Mən bilirəm, bu müsahibəni oxuyandan sonra patiyadan kimlərsə çalışacaq ki, cavab versin. Lakin cavab verməyə tələsməsinlər. Onlar yadlarına salsınlar ki, Azərbaycanda 44 günlük müharibə başlayana qədər kənardan ölkə Prezidentinə qarşı hücumlar vardı. Mən də daxil olmaqla, hamı gözləyirdi ki, YAP səsini çıxarsın. Bizim vaxtımızdakı YAP olsaydı, YAP-ın qadınlar təşkilatı, təşkilatın sədri, ümumiyyətlə qadın cəmiyyətləri birmənalı şəkildə bu məsələyə böyük təpki göstərərdilər. Mən bunu tam əminliklə deyirəm. Amma təəssüf ki, partiya reaksiya vermədi. Və mən o zaman başa düşdüm ki, bizim dövrümüzdə olan Yeni Azərbaycan Partiyası artıq yoxdur. Əgər bir partiya sədrinin bu qədər təzyiqlərə məruz qalmasına reaksiya vermirsə, deməli bu partiyanın adı var, özü yoxdur. Onlar yalnız öz şəxslərinə aid olan, öz maraqlarına toxunan hər hansı məsələdə çox ciddi cavab verib, hücuma keçirlər. YAP-da qadınlar təşkilatı var, sədri də Nurlana xanımdır, onlar hər hansı bəyanat verə, müəyyən dəyirmi masalar təşkil edə, Avropaya gedə bilərdilər, Avropa parlamentinin qarşısında öz etirazlarını bildirə bilərdilər. Mən gördüm ki, parlamentdə qadın millət vəkillərinin, YAP üzvlərinin səsi çıxmadı, başa düşdüm ki, artıq bu partiya bizim bildiyimiz, inandığımız həmin partiya deyil.  Yəqin ki, bununla bağlı nəsə addım atılacaq.

 Əsmətxanım

Əvvəlki yazı

Göyçayda ağır qəza-Yaralılar var

Sonrakı yazı

4 qardaş 44 günlük döyüşlərdə (FOTOLAR)

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.