“Yaltaqlıq” maddəsi əlavə edilsin” – Vəkil

9 Oktyabr 2019 - 14:07
47 oxunma

“Böhtan və təhqir cinayət sayılırsa, niyə də yaltaqlıq cinayət sayılmasın?. Bilirik ki, cinayət ictimai təhlükəli əməldir. Bu gün yaltaqlıq cəmiyyətin bəlasına çevrilib, onun cəmiyyət üçün yaratdığı təhlükə böhtan və təhqirdən qat-qat çoxdur”.

Modern.az-ın məlumatına görə, bunu tanınmış vəkil Adil İsmayılov bildirib.
O təklif edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Yaltaqlıq” adlı maddə əlavə edilərək, ictimai mənəviyyat əleyhinə cinayətlər fəslinə salınsın.

“Maddənin dispozisiyası təxminən belə ola bilər:

“Yaltaqlıq, yəni tabelikdə olan şəxs tərəfindən rəhbərinin və ya seçmək hüququ olan şəxs tərəfindən seçkili vəzifə tutan şəxslərin öz vəzifə borclarının yerinə yetirilməsi ilə əlaqədar etdikləri işlərə görə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında tərifləməsi müəyyən müddətə azadlıqdan məhrum etmə ilə və ya cərimə ilə cəzalandırılır”.

Təklifimin müsbət qarşılanacağı təqdirdə maddəni cilalamaq üçün kifayət qədər savadlı hüquqşünaslarımız var”, – Adil İsmayılov qeyd edib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"