“Green Card” (Yaşıl kart) qazandıqdan sonra ABŞ-a daimi yaşayış üçün köçən azərbaycanlı müğənni Elariz Məmmədoğlu Amerikada yaradıcılıq fəaliyyətini davam etdirir.
Reportyor.info xəbər verir ki, sənətçi vaxtaşırı şəxsi “İnstagram” hesabında xaricdəki yeni həyatı haqqında foto və videolar paylaşaraq, yaşam tərzini bir növ reklam edir.
İfaçının son paylaşımı bir qədər sərt olduğu üçün izləyicilərin diqqətini çəkib. Belə ki, “Yaltaqlanan adam satqınlığa hazırlaşır” – deyə Məmmədoğlu qeyd edib.