Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə SEÇMƏ

XOCALI SOYQIRIMINDAN 27 İL ÖTÜR

2019-02-26
in SEÇMƏ
0
XOCALI  SOYQIRIMINDAN  27 İL ÖTÜR
0
Paylaşılıb
18
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Bu gün Xocalı soyqırımının 27-cü ildönümüdür. Məhz bu gün Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.

Bənzər Yazılar

Əli Həsənov iflic olub

Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki… – REAL funksioneri

Metro qatarları martın 6-7-də hərəkət edəcək

Hücumdan əvvəl, fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib.

Ermənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa da şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetirib. İstintaqla müəyyən edilib ki, Xocalı faciəsi ilə bağlı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər.

Ermənilər sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər ediblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırım həyata keçirdiyini təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirib.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı törədilib. Bu gün Ermənistanda mühüm dövlət postlarını tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.

 

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Millət vəkili Q.Paşayeva Aydın Universitetində çıxış edib və gənclərə çağırış səsləndirib

Sonrakı yazı

AVROPA PARLAMENTİNDƏ BÖYÜK QALMAQAL: PESKOVUN QIZI QURUMA NECƏ YOL TAPIB?- "Kreml öz uşaqlarını bura agent kimi göndərir"

Sonrakı yazı
AVROPA PARLAMENTİNDƏ BÖYÜK QALMAQAL: PESKOVUN QIZI QURUMA NECƏ YOL TAPIB?- “Kreml öz uşaqlarını bura agent kimi göndərir”

AVROPA PARLAMENTİNDƏ BÖYÜK QALMAQAL: PESKOVUN QIZI QURUMA NECƏ YOL TAPIB?- "Kreml öz uşaqlarını bura agent kimi göndərir"

Dünya Bankı Azərbaycanı “kölgə iqtisadiyyatını” rəsmiləşdirməyə çağırır:   “Vergilərin ÜDM-də xüsusi çəkisi cəmi 14 faizdir”

Dünya Bankı Azərbaycanı “kölgə iqtisadiyyatını” rəsmiləşdirməyə çağırır: “Vergilərin ÜDM-də xüsusi çəkisi cəmi 14 faizdir”

İcra başçısı qaynanasının adına subsidiya aldığını təsdiqlədi: “Belə məsələlər telefonla həll edilmir, gəlin bura”

İcra başçısı qaynanasının adına subsidiya aldığını təsdiqlədi: "Belə məsələlər telefonla həll edilmir, gəlin bura"

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Əli Həsənov iflic olub

Əli Həsənov iflic olub

2021-03-03
Təcili: Mübariz Mənsimov azadlığa buraxılır

Təcili: Mübariz Mənsimov azadlığa buraxılır

2021-03-03
“Bakcell Arena”da işıqlar söndü, oyun yarımçıq qaldı

“Bakcell Arena”da işıqlar söndü, oyun yarımçıq qaldı

2021-03-03
Hərbçilərin maaşına əlavələr nə zaman ödəniləcək? – Müdafiə Nazirliyindən AÇIQLAMA

Hərbçilərin maaşına əlavələr nə zaman ödəniləcək? – Müdafiə Nazirliyindən AÇIQLAMA

2021-03-03
İdarə rəisi işdən çıxarıldı

İdarə rəisi işdən çıxarıldı

2021-03-03
Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” (VİDEO)

Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” (VİDEO)

2021-03-03
Qazimizin gözləri açıldı, həkimə şokolad hədiyyə etdi (FOTO)

Qazimizin gözləri açıldı, həkimə şokolad hədiyyə etdi (FOTO)

2021-03-03
BŞİH “8 marş” aksiyası ilə bağlı müraciətə cavab verdi

BŞİH “8 marş” aksiyası ilə bağlı müraciətə cavab verdi

2021-03-03
Prezident Pakistanın Baş Qərargah rəisini videoformatda qəbul etdi

Prezident Pakistanın Baş Qərargah rəisini videoformatda qəbul etdi

2021-03-03
Azərbaycanda daha bir vəzifəli şəxs minaya düşdü (YENİLƏNİBFOTO)

Azərbaycanda daha bir vəzifəli şəxs minaya düşdü (YENİLƏNİBFOTO)

2021-03-03
Azərbaycanlı ailə azyaşlı qızına nişan mərasimi keçirdi? (İDDİA/FOTO)

Azərbaycanlı ailə azyaşlı qızına nişan mərasimi keçirdi? (İDDİA/FOTO)

2021-03-03
“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər”

“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər”

2021-03-03
“Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığına önəm veririk”

“Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığına önəm veririk”

2021-03-03
Füzulidə düşmənin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkarlandı

Füzulidə düşmənin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkarlandı

2021-03-03
Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki… – REAL funksioneri

Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki… – REAL funksioneri

2021-03-03
Azərbaycanda son sutkada koronavirusa neçə nəfər yoluxub?

Azərbaycanda son sutkada koronavirusa neçə nəfər yoluxub?

2021-03-03
DİN-in rəsmi səhifəsində vətəndaşa yazılan cavabla bağlı – Açıqlama

DİN-in rəsmi səhifəsində vətəndaşa yazılan cavabla bağlı – Açıqlama

2021-03-03
Peyvənd virusun qarşısını 100 faiz alır

Peyvənd virusun qarşısını 100 faiz alır

2021-03-03
Arvadından şübhələnən ərin dəhşətli CİNAYƏTİ – Çayxanada boğazını kəsdi

Arvadından şübhələnən ərin dəhşətli CİNAYƏTİ – Çayxanada boğazını kəsdi

2021-03-03
Paşinyan Qasparyanın həbsinə əmr verdi

Paşinyan Qasparyanın həbsinə əmr verdi

2021-03-03

Seçmə

  • Bütün
  • SEÇMƏ
Əli Həsənov iflic olub
SEÇMƏ

Əli Həsənov iflic olub

2021-03-03
Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki… – REAL funksioneri
Cəmiyyət

Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki… – REAL funksioneri

2021-03-03
Metro qatarları martın 6-7-də hərəkət edəcək
SEÇMƏ

Metro qatarları martın 6-7-də hərəkət edəcək

2021-03-03
“Sovetski” camaatı ayağa qalxdı: “Yasamal icra başçısı da…” – Video
SEÇMƏ

“Sovetski” camaatı ayağa qalxdı: “Yasamal icra başçısı da…” – Video

2021-03-03
Nazirin milyonluq “Topaz” biznesi niyə batır?
SEÇMƏ

Nazirin milyonluq “Topaz” biznesi niyə batır?

2021-03-03
Vətən müharibəsinin 6 itkin zabiti… (FOTOLAR)
Cəmiyyət

Vətən müharibəsinin 6 itkin zabiti… (FOTOLAR)

2021-03-02
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Əli Həsənov iflic olub

Əli Həsənov iflic olub

2021-03-03
Təcili: Mübariz Mənsimov azadlığa buraxılır

Təcili: Mübariz Mənsimov azadlığa buraxılır

2021-03-03
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.