10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xocalı köçkününün ailəsi vaqonda yaşayır

24 Fevral 2019, 23:45
Sosial
A A
Xocalı köçkününün ailəsi vaqonda yaşayır
Xocalı qaçqını

“Ötən 27 il ərzində Xocalı ağrısının canımızdan çıxmasını qoymayan evsiz qalmağımızdır. Bu müddətdə atam vəfat edib. Xəstə anam ahıl yaşında da rahatlıq tapa bilmir. Ailəmiz Xocalını tərk edəndə mənim 8 yaşım olub. Üstündən heç bir il keçməmiş müvəqqəti məskunlaşdığımız Ağdamın Əhmədavar kəndi də işğal olundu. Beləcə gəlib çıxdıq bu rayonun Mahrızlı kəndinə. Uşaqlığım, gəncliyim köçkünlükdə keçib. İndi dəmir qutuda- vaqonda böyüyən qızım bu əziyyəti çəkir. Bu ilin sentyabrında məktəbə getməlidir…”

Qəzalı yerdən vaqona

Xocalı köçkünü Emil Mirzəliyevin ürəyi doludur. O, bundan əvvəl də dərdini AzadlıqRadiosuna danışıb. İllər öncə gördüyümüz qəzalı evləri daha yerində yoxdur. Deyir ki, həmin bina 2016-cı ilin aprelində böyür-başında partlayan mərmilərin yaratdığı silkələnmədən uçub:

Emil Mirzəliyev, Xocalı qaçqını
Emil Mirzəliyev, Xocalı qaçqını

“Biz illərlə döşəməsi, tavanı olmayan, qəzalı vəziyyətə düşmüş tikilidə yaşamışıq. Bura düşənədək həmin binada mal-qara, qoyun saxlanılıb. Aprel hadisəsi nəticəsində binanın bir hissəsi uçdu. Qalan hissədə nəinki yaşamaq olmazdı, hətta onun həyətdə bu vəziyyətdə qalmağı belə təhlükə idi. İcra Hakimiyyətindən gəlib baxan kimi bizi vaqonda yerləşdirdilər. Vəd olunmuşdu ki, yaxın müddətdə dövlət hesabına evlə təmin ediləcəyik.”

Bir sərəcamın doğurduğu sevinc və məyusluq

Emil Mirzəliyev bildirir ki, ötən ilin noyabrında televiziyadan eşitdikləri bir məlumat onlarda evlə bağlı daha böyük ümid yaradıb:

“Ağdamda 121 fərdi yaşayış evinin bərpası ilə bağlı prezident sərəncamı oxundu. Həmin sərəncamla yaşadığımız Ağdam rayonunun Mahrızlı kəndində 9 ev tikilməyi nəzərdə tutulub. Dərhal icra nümayəndəsi ilə əlaqə saxlayıb maraqlandım. Mənə cavab verildi ki, o evlərdən biri sizin olacaq. Amma vəsait ayrılıb iş başlananda bizə ev tikməkdən imtina etdilər. Bundan sonra icra başçısı məni nə qəbuluna buraxır, nə də müraciətlərimə cavab verir.”

Xocalı qaçqınının yaşadığı şərait
Xocalı qaçqınının yaşadığı şərait

​

“Pul əldə etməkdən ötrü bizdən istifadə edilib”

Emil Mirzəliyev iddia edir ki, mərkəzi icra hakmiyyəti orqanlarına, xüsusilə Dövlət Təhlükəsizlik Xidmətinə şikayətindən sonra Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov onu qeyri-rəsmi qaydada qəbul edib. Amma şikayəti yenə təmin edilməyib.

Emil Mirzəliyev vurğulayıb ki, tək o yox, mərkəzi hakimiyyət də aldadılıb:

“Gəlib mənim yaşayış şəraitimə baxıblar, sənədlər hazırlayıb, şəkil çəkib Prezident Adminstrasiyasına göndəriblər. Sərəncam veriləndən, pul ayrılandan sonra kimə ev tikib, kimə tikməməklə bağlı özbaşına qərarlar qəbul ediblər. Belə çıxır ki, rayon üçün vəsait əldə etməkdən ötrü bizdən vasitə kimi istifadə edilib. Mənim ailəm daha neçə il Xocalı müsibətini yaşamalı, vaqonda çürüməlidir?!”

İcra Hakimiyyəti: “Gedib köçkün evlərində növbəyə dursunlar”

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev Emil Mirzəliyevin onlara müraciət etdiyini təsdiqləyir.

O, köçkün ailəsinin vəziyyətindən də hali olduğunu deyir. Lakin vurğulayır ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, barəsində danışılan sərəncamın təsiri altına düşmür:

“Ağdamın 19 yaşayış məntəqəsində 139 ailəyə 121 ev tikilməyi ilə bağlı məlum sərəncam məcburi köçkünlərə aid deyil. Evlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bizə minlərlə adam müraciət edib. O cümlədən, Emil Mirzəliyev də. Onlar həqiqətən çətin şəraitdə yaşayırlar. Yaxın vaxtlarda belə ailələr üçün də ev tikiləcək. Bu məqsədlə rayonun Quzanlı qəsəbəsindən torpaq sahəsi ayırmışıq. Məsləhət görürəm ki, onlar köçkünlər üçün tikiləcək evlərə növbəyə dursunlar.”

Emil Mirzəliyev isə bu deyilənlərlə razılaşmır:

“Əvvala, sərəncamda “mülki əhali” ifadəsi işlədilib. İndiyədək Aprel hadisələrindən zərər çəkənlər “yerli əhali” və “məcburi köçkünlər” şəklində qruplaşdırılmayıb. İnanmıram ki, dövlət başçısı faciə qurbanlarına fərqli münasibət sərgiləsin. İkincisi də, yaşadığım Mahrızlı kəndində hazırda tikilən 4 evdən 2-si köçkün ailələr üçündür…”

XATIRLATMA

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon işğal edilib. Bu rayonlardan da bir Ağdam rayonudur. Amma bu rayon tam işğal edilməyib, bəzi qəsəbə və kəndləri Azərbaycanın nəzarəti altındadır.

Xocalı şəhərini də 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri işğal edib. Onun sağ qalan əhalisi hazırda Bakı şəhəri də daxil ölkənin müxtəlif yaşayış məntəqələrində məskunlaşıblar.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və ona bitişik olan 7 rayondan ümumilikdə 700 minədək azərbaycanlının daimi yaşayış yerini məcburi surətdə tərk etdiyi bildirilir.

2016-cı il aprelin 2-dən 5-nə kimi isə cəbhə xətində yenidən ağır silahlar işə düşüb. Hər iki tərəf təlafatlar verib, qoşunların təmas xəttinə yaxın ərazilərdə yenidən dağıntılar olub. Rusiyanın vasitəçiliyi ilə tərəflər yenidən ataşğks razılığı əlda ediblər.

Ölkə rəsmiləri “aprel hadisələri”nin nəticələrinin qısa müddət ərzində tam aradan qaldırıldığını bəyan ediblər. Bundan əlavə, təmas xəttinə yaxın yaşayış məntəqələrində mülki əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ötrü də əlavə tədbirlər görüldüyü bildirilir. Lakin yerli sakinlərin və bu ərazilərdə məskunlaşan məcburi köçkünlərin bəziləri “aprel hadisələri” nəticəsində qəzalı vəziyyətə düşən evlərinin hələ də bərpa edilməməyindən şikayətlənirlər.

AzadlıqRadiosu

Əvvəlki yazı

Etibar Məmmədov:”Fərqli fikir bildirən adamları təqib etmək, cəzalandırmaq olmaz…”

Sonrakı yazı

İki balası öldürülən anadan fəryad: “Ömürlük həbs Zaur Tərlanovun sevə-sevə haqqıdır” – Video

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.