Xırdalanın 3 saylı məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib

12 Mart 2019 - 22:53
141 oxunma

Novruz bayramı münasibətilə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə təntənəli bayram tədbiri keçirilib.
Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə təşkil olunmuş “Yurdumuza bahar gəlir” adlı tədbirdə Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, RTŞ-nin əməkdaşları, o cümlədən məktəbin müəllim kollektivi iştirak edib.

Tədbirdə çıxış edən Fuad Cəbrayılov iştirakçıları təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə xeyir – bərəkət bəxş edən Novruz bayramı münasibətilə təbrik edib. N.Məmmədova şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.

Novruz bayramının Abşeron rayonunun bütün ümumi təhsil müəssisələrində təntənəli şəkildə keçirildiyini qeyd edən Nazilə Məmmədova gələn il Novruz tonqalının doğma və əzəli Qarabağ torpaqlarında alovlanmasını arzu edib.

Bayram münasibətilə qonaqları və məktəbin pedoqoji kollektivini təbrik edən məktəbin direktoru Sevinc Məmmədəliyeva bildirib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var.

Tədbirdə məktəbin müəllimləri “Novruz” atributları haqqında məlumatlar verib, bayatılar, haqıştalar söyləyib, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Qaynana” filmlərindən maraqlı səhnəciklər nümayiş etdiriblər.

REPORTYOR.info

Arifə

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"