Xırdalan şəhər 24 saylı uşaq bağçasında “Yurdumuza bahar gəlir” adlı bayram tədbir keçirilib

14 Mart 2019 - 01:52
373 oxunma

Novruz bayramı ilə əlaqədar Abşeron rayonunun məktəb və uşaq bağçalarında bir sıra bayram tədbirləri düzənlənir.

Reportyor.info xəbər verir ki, bayram şənliklərindən biri də Xırdalan şəhərində yerləşən 24 saylı uşaq bağçasında keçirildi.

Tədbiri giriş sözü ilə bağçanın müdirəsi Leyla Bayramova açaraq iştirakçıları bahar bayramı münasibətilə təbrik edib. Novruz bayramının ən qədim bayramlardan biri olduğunu diqqətə çatdıran L.Bayramova, xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü bu bayramın müstəqillik qazandıqdan sonra daha böyük təmtəraqla qeyd olunduğunu bildirib. Çıxışının sonunda L.Bayramova milli adət-ənənələri özündə əks etdirən, bolluq-bərəkət rəmzi sayılan Novruz bayramı münasibətilə bir daha kollektivi təbrik edib və xoş arzularını çatdırıb.

Bağçada əsl bayram əhval-ruhiyyəsi hiss olunurdu. Milli adət ənənələrə əsasən bəzədilmiş, qədimi xalılar salınmış, səmənilər, şamlar düzülmüşdü. Xonçalar bəzədilmiş, rəngli yumurtalar hazırlanmışdı. Bayram libaslarında olan uşaqlar böyük sevinclə öz çıxışlarını gözləyirdilər. Bildirək ki, bayram şənliyi rus və Azərbaycan bölməsinin uşaqlarının birgə iştirakı ilə düzənlənmişdi. Valideynlərin də iştirakı ilə keçirilən şənlikdə balacalar çıxışlarına öncə Novruz mahnısı ilə başladılar. Bayram şənliyində qızlar milli geyimdə bir-birindən gözəl rəqslər də nümayiş etdirdilər. Balaca Bahar qızının rəqsi və şeri isə bayrama daha da gözəllik gətirdi. Bayram bədi hissədən sonra baxçanın həyətində   Novruzun simvolları olan Kosa və Keçəlin məzəli söhbətləri və milli  el adət- ənənələrimizlə davam etdirildi.

REPORTYOR.info

 

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"