Xırdalan şəhər 24 saylı körpələr evinin “Əlvida bağça”- adlı buraxılış bayramı keçirilib

13 İyun 2019 - 12:42
175 oxunma

Abşeron Rayon Mədəniyyət Mərkəzində Xırdalan şəhər 24 saylı körpələr evi- uşaq bağçasının “Əlvida bağça”- adlı buraxılış bayramı keçirilib

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, adı çəkilən bağçanın pedoqoji kollektivi və körpə fidanların valdeyinləri iştirak ediblər.

Tədbirdə məktəbəhazırlıq qrupunun uşaqları doğma Azərbaycan dili ilə yanaşı rus dilində də müxtəlif şeirlər söyləyib, mahnılar oxuyub, səhnəciklər nümayış etdiriblər. Uşaqların ifa etdikləri rəngarəng rəqs və gimnastik nömrələr alqışlarla qarşılanıb.

Tədbirdə bağçasının müdiri Leyla Bayramova çıxış edərək bildirib ki, uşaqlar buraxılış gününə tərbiyəçilərinin köməyi ilə xüsusi hazırlaşıblar. Bu gün yola saldığımız uşaqlar illər öncə bağçamızın qapısını açanda söz deməyə belə çəkinsələr də, indi onlar sərbəst danışır, rəqs edir, şeir söyləyir, mahnı oxuyur və digər bədii fəaliyyətlə məşğul olurlar. Ayrılıq həmişə kədər doğurur. Amma həm də sevinirik ki, bu gül balalar sabah əllərinə çanta alıb məktəbə gedəcək, pillə-pillə təhsildə irəliləyəcək, gələcəyin layiqli elm, incəsənət adamları olacaq, vətənə xeyir verəcəklər.

Abşeron RİH-nin əməkdaşı Seymur Qasımov dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan, onların sağlam, gümrah, savadlı, cəmiyyətə yararlı bir vətəndaş kimi yetişməsi üçün yaradılan şəraitdən danışıb . S.Qasımov əlamətdar gün münasibətilə valideynləri təbrik edib, bağça dünyası ilə vidalaşaraq məktəb illərinə qədəm qoyacaq fidanlara uğurlar arzulayıb.

Bayram mərasimində nümunəvi işi ilə fərqlənən bir qrup tərbiyəçiyə Fəxri fərman, uşaqlara isə təşəkkürnamə təqdim olunub.

Məlumat üçün bildirək ki, Xırdalan şəhərində yerləşən 24 saylı körpələr evi- uşaq bağçası 2013-cü ildən fəaliyyət göstərir. Bu illər ərzində yüzlərlə uşaq bu bağçada tərbiyə almışdır. Hazırda burada 6 qrup – kiçik, orta, 2 böyük və 2 məktəbəqədər qrup fəaliyyət göstərir və həmin qruplarda 115 uşaq tərbiyə alır. Bu il 35 uşaq bağçadan məktəbə yola salınacaqdır.

REPORTYOR.info

 

 

 

 

 

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"