14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xalqsız artist: Əbülfəs Qarayevin “Fəlakətə” aparan fəxri ad deqradasiyası…

01 İyun 2018, 10:21
Gündəm, Cəmiyyət
A A
Xalqsız artist: Əbülfəs Qarayevin “Fəlakətə” aparan fəxri ad deqradasiyası…

Hüseynağa Hadıyev, Fazil Salayev, Akif İslamzadə, Flora Kərimova, Ceyhun Mirzəyev…
Bu adlar Azərbaycan mədəniyyətinin qaymaqlarıdır. Onlar Azərbaycan xalqının ürəyində əbədi heykəlini qoymuş sənətkarlardır.
Anaxeber.az xatırladır ki, amma heç biri fəxri ad, xalq artisti titulu ilə təltif olunmayıblar.
Vaxtilə əfsanəvi türk rejissoru, ssenaristi Yılmaz Güney haqda sadə dildə demişdilər: Əsl xalq adamı idi…
Yuxarıda adıçəkilən mədəniyyət xadimləri də xalqın adamlarıdırlar. Onlara xalq öz adını, qiymətini verib.
Çünki xalqın gözü hər dövrdə tərəzidir. Biz buna son olaraq Fuad Poladovun vəfatına reaksiyada şahidlik etdik.
Və nə dərəcədə ikrah doğuran mənzərədir ki, F.Kərimovanın, A.İslamzadənin xalq artisti adı almadığı ölkədə KVN-şik və “Maşın şou” təşkil edən Murad Dadaşov bu fəxri ada layiq görülür, toyxana müğənnisi Nadir Qafarzadə ad davası aparır, səsi olmayan şadlıq evi ifaçısı Səməd Səmədov çoxdan fəxri ad alıb, Elza Seyidcahan kimi yaradıcı oriyentasiyası bəlli olmayan biri əməkdar artistdir və s. ilaxır…
Əlbəttə, efirdə təlxəklik, klounluq edənlər, bayağı musiqiçilər, intellektsiz, ucuz şou dalınca qaçan manıslar bu ölkədə əməkdar artistdirlər, xalqın sənətkarıdırlar.
Xoşqədəmin, Zaurun əməkdar jurnalist olduğu ölkədə Murad Dadaşovun xalq artisti olması təəccüb doğurmamalıdır.
Mədəniyyət isə toyxana, şou əhlinin təbliğ etdiyi “dəyər”lər deyil: onun Rübabə Muradovası, Alim Qasımovu, Nəsibə Zeynalovası, Səyavuş Aslanı, Lütfəli Abdullayevi var.
Amma görünən budur ki, belə gedişlə “Space”i “palatka” toyuna çevirən aparıcı Mikayıl da, “Bozbaş pictures” komediyasında bayağı obraz yaradan “Fəlakət” də nə vaxtsa fəxri ad ala biləcək.
Bu, mədəniyyətin deqradasiyasıdır. Vaxtilə mərhum F.Poladov haqlı olaraq bildirmişdi ki, Azərbaycanda Mədəniyyət Nazirliyi yoxdur, Turizm Nazirliyi var.
Və bu ağır həqiqətin növbəti təsdiqinə son fəxri adların verilməsində şahid olduq. Nazir Əbülfəs Qarayev dövlət rəhbərliyinin masasına hazırlayıb göndərdiyi siyahıya ya baş-ayaq baxıb, ya da onun üçün mədəniyyət adamlarının meyarı başqa maraqlardan irəli gəlir.
Hələ 2013-cü ildə “Yeni Müsavat” bu qaranlıq məsələlərə işıq salmışdı. Qəzet qeyd edirdi ki, adları ixtisara salınan müğənnilər Prezident Administrasiyasına göndərilən siyahının sifarişlə, rüşvətlə hazırlandığını, ayrı-seçkilik edildiyini, Mədəniyyət Və Turizm Nazirliyinin hər zaman tapşırıqla yüksək vəzifəli şəxslərlə əlaqələri olan xanım müğənniləri irəli çəkdiyini, kişi müğənnilərdən isə bunun üçün haqq alındığını, fəxri adların əksər xanım müğənnilərə sənətlərinə görə yox, kimlərinsə xoşlarına gəldiklərinə görə verildiyini yazıblar.
Faktiki olaraq prezident tərəfindən mükafat kimi təqdim olunan fəxri adlar bir sıra məmurlar üçün alver mənbəyinə çevrilib, bir çox yüksək vəzifəlilər isə bəzi xanım müğənnilərin “saqqızını” belə ad hədiyyələri ilə oğurlayırlar.
Deyəsən, mədəniyyət, sənətkarlıq çinovniklərlə fürsətcillərin əlində oyuncağa çevrilib. Çünki indi dahi Cahangir Cahangirovla toyxana müğənnisi Səməd Səmədov eyni statusa malikdirlər – xalq artistləri…
Anaxeber.az yazır ki, Oldos Xakslinin bədbin proqnozu doğrulur: həqiqəti bizdən gizlətmək üçün çoxlu “həqiqətlər” yaradılacaq…
İndi elə “həqiqətlər” sırınır ki, ictimai rəyi çaşdırırlar, dünənin mağar ifaçısının əslində, zəhmətkeş, ömrünü sənətə, xalqa, mədəniyyətə həsr etmiş biri kimi soxuşdururlar.
Göbbels haqlı çıxdı: “Yalan nə qədər böyükdürsə, ona bir o qədər tez inanırlar”. Başqa bir nasist isə “Mədəniyyət sözünü eşidəndə əlimi tapançama atmaq istəyirəm” demişdi.
Bu gün şarlatanlar, fırıldaqçılar, xurafatçılar, kəndirbazlar, hər cür maqlar, cadugərlər, şamanlar, falçılar, təlxəklər…sürətlə “milli sərvət”ə çevrilir.
Onlar hakimiyyətlərin də dostudurlar. Çünki onların köməyi ilə savadsız kütlələri təhsildən uzaqlaşdırmaq, elmi və mədəniyyəti gözdən salmaq, maarifçilik anlayışını lazımsız etmək, kütlələri cahil saxlamaq, sonunda isə idarə etmək asandır.
Bundan sonra təsadüfidirmi ki, televiziya adlanan zombi-yeşik hər cür zir-zibillə doldurulub? Bu, siyasətdir…
Əslində, TV-nin leksikonunu çoxdandır boşboğaz gədələr və beyin qırışı olmayan dişilər formalaşdırırdı. İllərdir ki, bu siyasət davam etdirilirdi.
Dili söz, sözü məna tutmayan bu kəsləri dəstə-dəstə ekrana buraxanda bilmirdiz ki, günlərin birində onların etika və savaddan məhrum etdiyi TV-yə elə bu telekanalların debilləşdirdiyi küçə əhli də axışacaq?
Bilmirdiz ki, diplomlu səviyyəsizlər bazar səviyyəsizlərini “reytinq” adı altında efirə dolduranda, bir gün məntiqi son baş verəcək? Şou istəmirdiz? Alın, bu da sizə şou – xalq artisti adı alırlar…
Vağzalla TV-nin sadəcə bircəcik fərqi vardı: vağzaldakı, yaxud bazardakı fərdlərdən fərqli olaraq, TV-dəki “şizo-şou”ların aparıcıları və qonaqları özlərini “elita” sayan, səliqəli, bahalı geyinib-keçinən, bu “şou”ların hesabına maddi vəziyyətlərini düzəldən, özlərini davranış etalonu sayan, bununla da sanki “Mənim kimi ol, mənə həsəd apar, məndən nümunə götür” deyə bağıranlardır.
Onillər ərzində damla-damla toplanmış mədəniyyəti bir neçə ilin içində özülünə qədər dağıtmağa nail oldular….
Anaxeber.az

Əvvəlki yazı

“ƏDALƏT, SƏN NƏ QƏDƏR ABIRSIZ, HƏYASIZ ADAMSAN?!” – Aktyor nazir müavinini “yıxıb-sürüdü”

Sonrakı yazı

“İcra başçısının rayondan xəbəri yoxdur, heç bir ciddi iş görmür” – Sabir Rüstəmxanlı

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.