“İnanırıq ki, seçki kampaniyası ərəfəsində toxunduğumuz məsələlər, ortaya çıxardığımız qanunsuzluqlar, etdiyimiz müraciətlər xalqımız tərəfindən yüksək qiymətləndiriləcək”.
Bu sözləri mia.az-a açıqlamasında prezidentliyə namizəd, MMP sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, seçki kampaniyası yüksək səviyyədə həyata keçib və xalqımız üçün seçim etmək imkanları sərbəstdir:
“Əminəm ki, xalqımız öz gələcəyini təmin edən, korrupsiyaya yox deyən, mafioz qruplarla savaşan insana səs verəcək. İstərdik ki, xalqımız aktiv olsun, öz gələcək taleyinə biganə qalmasın. Ən layiqli namizədə səs verərək mövqeyini bildirsələr, o zaman həyatlarının necə dəyişdiyini hiss edəcəklər”.
Prezidentliyə namizəd bəzi müxalifət qüvvələrinə de mesja göndərib:
“Təəssüflə qeyd etmək istəyirəm ki, bəzi radikal müxalifət qüvvələri, milli maraqlara deyil, xarici dövlətlərə işləyənlər bizim əleyhimizə kampaniya aparırlar. Bu adamlar elə bir rəy yaratmağa çalışırlar ki, guya Azərbaycanda seçki keçirilmir. Əslində isə ölkədə seçki var, ana müxalifət lideri kimi mən seçkiyə qatılmışam. Onların hansı biri mənim səsləndirdiyim fikirləri ifadə ediblər. Konkret ad çəkərək hökumətdəki xəyanətkar dəstələri ifşa etmişəm. Bu azğın məmurlara qarşı vuruşmuşa. Onlar nə ediblər? Xaricdən sifariş gələn kimi ona-buna qara yaxırlar. Odur ki, xalqa müraciət edirəm ki, bu cür kampaniyalara məhəl qoymasınlar, seçkiyə gəlib öz seçimlərini etsinlər”.