“X-Lady” mağazasında yanğın tam söndürülüb – YENİLƏNİB

23 İyun 2019 - 15:38
227 oxunma

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “X-Lady” mağazasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Reportyor.info-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “X-Lady” mağazasında baş verən yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisə yerinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.

***

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “X-Lady” mağazasında yanğın baş verib. “Report” xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ledi01

ledi02ledi03

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"