21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb….

20 Avqust 2019, 12:18
Cəmiyyət
A A
Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb….

Teref.az yazır ki, dövlət məmurlarının özlərinə deyil, xalqa xidmət etməli olduqları barədə ölkə rəhbərinin xəbərdarlıqları hamıya məlumdur. Bu xəbərdarlıqdan nəticə çıxarmayanlar həm xalqa, həm də dövlətə və onun başçısına xəyanət edirlər. Təəssüf ki, dövlət qulluğunun verdiyi səlahiyyətləri xalqa deyil, özünə və qohum-əqrabasına xidmətə həsr edən məmurlar az deyil. Onlardan eləsi də var ki, uzun illər vəzifə başında olub, yığıdığını yığıb, xərclədiyini xərcləyib, indi də “müdrik ağsaqql” obrazında ortada gəzib dolaşır, özünü dünyanın xoşbəxti sanır.
Düz iyirmi üç il bir rayonun icra hakimiyyətinin başçısı olan, bu müddətdə özünü kurort zonası sayılan həmin ərazinin sahibi kimi aparan, vətəndaşlarla qanunvericilik çərçivəsində deyil, qoçuluq, qoluzorluluq prinsipi ilə davranan, hektarlarla torpaq sahəsini saxta və qanunsuz sənədlərlə talayan, qohum-əqrabasına paylayan, hacı titulu daşımasına baxmayaraq alqkoqollu içkilər istehsalçısı kimi tanınan sabiq məmurun kimliyindən xəbərdarsınızmı?
Əlinizin altında İnternet varsa, açıb axtarış portalında Gülağa İslamov ad-soyadını yazın, görün, nə qədər şikayət, korrupsiya faktarı haqqında məlumat, ifşaedici material çıxacaq… O, Abşeron yarımadasında ən geniş ərazini əhatə edən keçmiş Əzizbəyov, indiki Xəzər rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə 1995-ci ilin yanvarında təyin edilib və bir də 2018-ci ilin dekabrında həmin vəzifədən azad olunub. Dövlət qulluğuna keçdikdən, böyük bir rayona rəhbərlik etməyə başladıqdan sonra da özünün biznes maraqalarını hər şeydən üstün tutan bu adamın idarəçiliyi qoçuluq prinsipləri ilə həyata keçirdiyi rayon camaatının yadından çıxmır. Oğlunu rayonun kurort-istirahət zonalarından birinin – Şüvəlannın bələdiyyə sədri vəzifəsinə seçilməsinə nail olan, qudasını isə Qala qəsəbəsinə icra nümayəndəsi təyin edən Gülağa İslamovun özünün sabiq təhlükəsizlik naziri Eldar Mahmudovun himayəsində olduğu, Xəzər rayonunda hektarlarla torpaq sahələrini bu “təhlükəsizlik reketi”n və onun cinayətkar generallarına peşkəş etdiyi barədə məlumatları ölkə mediası uzun müddət gündəmində saxlayıb və təkzib edilməyib…
(http://sozcu.info/problem/749-eldar-mahmudovla-gulaa-slamovu-hans-tellr-balayr.html)
Yetmiş yaşında vəzifə kürsüsündən düşürülən sabiq başçının Xəzərdə sahibləndiyi var-dövləti, mal-mülkü, deyilənə görə, sayıb qurtarmaq mümkün deyil. Buraya çoxsaylı daşınmaz əmlak və torpaq sahələri bir yana, çoxlu biznes strukturları – daş karxanaları, istixana təsəsrrüfatları, ticarət obyektləri, hətta pivə istehsalı müəssisəsi daxildir. Deyilənlərə görə, vaxtilə dövlət başçısının qoyduğu qadağaya baxmayaraq Xəzər dənizi sahilindəki ərazilərin vəzifəli və imkanlı şəxslərə satışından əldə edilən vəsait, hədiyyə verilməsindən qazanılan hörmət-izzət Gülağa İslamovun bundan sonra hələ yetmiş il də bəsidir. Ən qəribəsi isə budur ki, torpaq sahələrinin verilməsi haqında sərəncamların bir çoxu, əslində, mövcud qanunvericiliyə uyğun şəkildə rəsmiləçdirilməyib və sonradan saxta sənəd kimi qəbul edilərək bir sıra vətəndaşların maddi və mənəvi ziyana düşməsinə səbəb olub.
Xəzərdə “Gülağa İslam dövrü”nün hələ də bitmədiyi, onun təməlini qoyduğu “ənənələr”in davam etdiyi, hətta rayonda hakimiyyətin tezliklə yenidən İslamovlara qayıdacağı ehtimal olunur.
https://araz.az/index.php/zhuend-m/3687-kh-z-rin-goynunda-talanan-kh-z-r-rayonu-zhuelazha-islamovun-ganunsuz-s-r-ndzamlar-ndan-ziyy-t-dz-k-nl-r-dzar-sizdir
Hacının yerinə təyinat zamanı onun özünün “yetişdirdiyi” kadra üstünlük verilməsi belə ehtimallara zəmin yaradır. Rayonun indiki rəhbəri kənar şəxs deyil – Gülağa İslamovun irəli çəkdiyi adamdır. Atası rayonun Ağsaqqallar Şurasının sədridir. Qırx iki yaşlı təzə başçı dörd il ərzində rayon icra hakimiyyətində təsərrüfat müdiriliyindən başçının birinci müavinliyinə yüksəlib. Sonra da başçı kürsüsünü tutub.

Bu kürsünün yenidən Hacının ailəsinə – bu dəfə oğul İlham İslamova həvalə olunacağını ehtimal edənlərin arqumenti çox sadədir: otuz altı yaşlı bu cavan oğlan 14 ildir ki, Şüvəlan bələdiyyəsinin sədridir. Atasından öyrəndikləri bir yana, özü də “uğurlu idarəçilik” sahəsində xeyli təcrübə qazanıb. Xüsusən də, boş ərazilərin kimlərə, necə və hansı şərtlərlə verilməsi üzrə…
Hər halda atalar və atalarının hesabına qanunlara kəllə atan məmur oliqarx oğulların olduğu və bu problemin vaxtaşırı qabardığını biz “Relax”-sda baş verən İqbal Məmmədovun oğlunun qanunları necə ceynədiyinin nümunəsində şahid oluruq.
Yuxarıda mediada gedən və təkzib olunmayan bəzi xırda məlumatılarla ictimaiyyəti tanış etdik.
Məmur övladlarının təkcə bahalı saatları, zəngin həyat tərzləri, tələfxərclikləri, təmtəraqlı məclisləri, sadə vətəndaşlara qarşı tərbiyəsizlikləri barədə məlumatlara deyil, həm də onların “yolunu davam etdirən” balalarının əməlləri ölkə ictimaiyyətində ciddi narazılıq yaradır. Xəzərdə olduğu kimi…
Bu narazılıqları diqqətə alan möhtrəm cənab Prezidentdə məmurlara ciddi təpinmişdi.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az

Əvvəlki yazı

Fəzail Ağamalı: “Bu qədər pul hardandır?!”

Sonrakı yazı

Qəzaya düşən pilotumuzun nəşi tapıldı

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.