• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Bazar ertəsi, 18 Yanvar 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Gündəm

Xəzəri “özəlləşdirən” oliqarxların başı dərddə

2018-07-20
in Gündəm, Sosial
0
Xəzəri “özəlləşdirən” oliqarxların başı dərddə
0
Paylaşılıb
6
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Dövlət dəniz sahillərini zəbt edənlərə qarşı sərt tədbirlər görməyə başladı; hüquqşünas deyir ki, cərimələrlə yanaşı, Xəzəri görünməz edən hasarlar və tikililər sökülməlidir 

Xəzərin boş qalmalı olan sahil zolağı, faktiki olaraq, zəbt  edilib. Xüsusilə ənənəvi Bakı şəhərinin çimərlik zonası tamamilə tutulub. Ölkədə bunu bilməyən yoxdur. İllərdir ki, problemin aradan qaldırılması üçün qanunlara dəyişikliklər edilir, təkmilləşdirilir. Nəticə isə belədir ki, artıq 2018-ci ilin yayıdır və Əmlak Məsələləri Dövlət Komitəsi ölkə üzrə Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlər keçirir, cərimələr tətbiq edir, çoxsaylı cinayət əməlləri aşkar edir.

Komitədən verilən məlumatlardan belə aydın olur ki, Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də Sumqayıt şəhərinin ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında mövcud olan torpaq istifadəçilərinin 190-da monitorinq keçirilib. Nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 50 hal üzrə inzibati xəta törədən şəxslər barədə protokol yazılıb, cərimələr tətbiq edilib. Komitə əməkdaşları torpaq sahələrinin əsassız zəbt olunması faktlarının da aşkar ediblər. Müvafiq icra hakimiyyəti orqanlarına, polis idarələrinə, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə torpaq qanunvericiliyinin ciddi şəkildə pozulması faktları ilə bağlı müraciətlər yollayıblar. Cərimə olunanlar var.

Bənzər Yazılar

Əhmədzadə Elçibəyin işdən çıxardığı icra başçısının şirkəti ilə 2,5 milyonluq müqavilə bağladı (FOTO)

“Hirkanda baş vermiş yanğın lokallaşdırılıb”

Xızıda şəhidin plakatı söküldü, başçı isə… – Foto

 

zərbaycan prezidentinin Torpaq Məcəlləsinə dəyişikiliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli Fərmanının tələbləri ile ilgili görsel sonucu

Azərbaycan prezidentinin Torpaq Məcəlləsinə dəyişikiliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən Komitə tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsviri hazırlanıb. Belə qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqları zəbt etmiş şəxslərə münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Görülən tədbirlərə rəğmən, bütün sahil boyunca kilometrlik hasarlar Xəzəri vətəndaşların üzünə qapayıb.

Məsələn, Pirşağı qəsəbəsində dəniz sahilinə aparan yollar 3-4 sıra hasarla kəsilib. Hasarlamaqla yanaşı, bəzi yollara hətta şlaqbaum da qoyulub. Sahilə çatmaq məşəqqətli problemdir. Dəniz sahili boyu villaların sayı da artmaqdadır. Vətəndaşların Xəzər sahilində istirahəti  məhduddur, bəzi yerlərdə tamamilə mümkünsüz haldadır. Havanın hərarəti qalxdısa, Pirşağıdakı xalq çimərliyində sərinləmək istəyində olanların sayı artır. “Xalq çimərliyi”nin hər iki tərəfi isə hasardır. 500 metrlik açıq olan  hissədə isə çimmək istəyənlərə, sadəcə, yer yoxdur. Adamlar suyun içinə girib üzə bilmirlər. Çünki üzmək üçün şərait yoxdur. Suya atılsan, üzmək istəsən, gərək bir neçə nəfəri təpikləyib, bir neçəsini də şilləyə “qonaq” edəsən. Ona görə də adamlar sıx şəkildə suya girib ayaq üstündə dayanıb sərinləməyə çalışırlar…

zərbaycan prezidentinin Torpaq Məcəlləsinə dəyişikiliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli Fərmanının tələbləri ile ilgili görsel sonucu

Pirşağıdakı hasarlar Abşeronun bir çox kəndində yerli camaatın gözdağıdır. Belə hasarlar Hacı İbrahim Nehrəmlinin utopik layihəsindən başlayıb üzü Sumqayıta qədər uzanır. Hasarlanmış Xəzərə sadə vətəndaşın çatması problem olduğu halda, hasarın o üzündə insanlar da yoxdur. Adamlar, sadəcə, “bura mənimdir” düşüncəsi ilə sahil zolağını hasarlayıb, göydələnlərin bahalı şüşələri arxasından, kondisoner sərinliyində Xəzəri seyr edirlər. Sərvət artırma düşüncələrinin əsirliyinin xalqa zülm-zillət verdiyinin fərqində deyillər.

Xəzər sahillərinin hasarlanması məsələsi ilə bağlı ötən il deputat Zahid Oruc ölkə başçısına müraciət edərək sahilboyu inşa olunan fərdi evlərin əhatəsindəki hasarların sökülməsi təklifi ilə çıxış etmişdi.

“Nəinki dənizin kənarında, indi istənilən yerdə elə hasarlara rast gəlirsən ki, sanki bu adamlar hamıdan qorxaraq ətraflarına sədd çəkib. Nəyə lazımdır ki, bu hündürlükdə hasarlar?” deyən millət vəkili beynəlxalq təcrübədə bu halın yer almadığına diqqət çəkmişdi.

zərbaycan prezidentinin Torpaq Məcəlləsinə dəyişikiliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli Fərmanının tələbləri ile ilgili görsel sonucu

Xəzərin hasarlanması problemi parlamentdə ötən il müzakirə mövzusu olmuşdu və millət vəkili, xalq artisti Zeynəb Xanlarova dəniz kənarındakı villa sahiblərinin hasarlarını dənizin ortasınadək uzatdıqlarından danışmış, tədbir görülməsini istəmişdi.

Hasarlar isə qalmaqdadır və Əmlak Komitəsi rəsmiləri də cərimələməklə, faktları hüquq-mühafizə orqanlarına yollamaqla problemin həlli istiqamətində addımlar atmağa başlayıblar. Köhnə problemlərin həllində yeni təyin olunan nazirlərə də ümidlər çoxdur. Onlardan biri də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. M.Babayev vəzifəyə təyin olunduqdan bir neçə gün sonra Bakını başına götürən pis qoxunun mənbəyini müəyyən edərək, bu problemin aradan qaldırılmasına nail oldu. Bundan başqa, nazirlik ictimai-iaşə obyektlərinin fəaliyyəti zamanı ayrılan tüstünün, qazların və iy-qoxunun yayılması, atmosfer havasını zərərli maddələrin təsirinə məruz qoyması, ətrafdakılara neqativ təsir göstərməsinə qarşı da addımlar atdı. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti restoranlardan havaya atılan tüstünün aradan qaldırılması üçün sahibkarlara və müvafiq icra hakimiyyətinə müraciət ünvanladı. Yeni nazirin təşəbbüsü ilə qanunsuz olaraq kəsilən ağaclara, məhv edilən yaşıllıqlara görə cərimələrin artırılması da müzakirəyə çıxarılıb.

Hüquqşünas Həsən Məmmədov deyir ki, dəniz sahillərinin zəbt olunması qanunsuzdur, cərimələr tətbiq olunmaqla yanaşı, hasarlar və içindəki tikililər sökülməlidir.

“Bakıda dövlət ehtiyacları üçün vətəndaşların qanuni evləri satın alınıb və sökülüb. Qanunsuz olanları da buldozerin qabağına veriblər. Hətta 15-20 mərtəbəli binaların, iri villaların da yerlə bir edilməsini görmüşük. Son belə hadisə Hacıbala Abutalıbov Bakı meri olanda baş verdi. Hacıbala Abutalıbov prezidentin göstərişi ilə Şıx çimərliyini zəbt eləyən bir neçə dənə böyük malikanəni hamının gözü qarşısında sökdü. Əmlak Məsələləri Dövlət Komitəsi sahilboyu ərazilərdəki hasarlarla bağlı hesabatı prezidentin masasının üstünə qoymalıdır. Bundan sonra heç kimə güzəşt edilmədən dövlətin bilavasitə müdaxiləsi ilə dəniz sahilini hasarlardan təmizləmək üçün əməli işə keçmək lazımdır. Hamının gözü qarşısında heç bir fərq qoyulmadan sahilboyu bütün tikintilər sökülməlidir. Bu tikililər xüsusi sərancamlarla tikilsə belə, özlüyündə qanunsuz tikildiyindən sökülməsi təmin olunmalıdır. Qanun bunu tələb edir. Əmlak Komitəsi bu işə başlayıb, yarımçıq qoymamalıdır. Yəni Xəzər sahili boyunca torpaqların ”işğal”dan azad edilməsi təkcə yay aylarında yada düşməməlidir. Dövlət bu sahədə vəziyyəti dəyişmək, sahili boyu əraziləri etməkdən ötrü sistemli iş görməlidir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Ərəblər Bakıda niyə ölür: spirtli içki, ya “Viaqra”?

Sonrakı yazı

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin edib

Sonrakı yazı
“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin edib

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin edib

Partiya sədrindən media nümayəndələrinə təbrik

Partiya sədrindən media nümayəndələrinə təbrik

FUTBOLUMUZDA NƏ BAŞ VERİR?  – Oliqarxlar klubların pullarını azaldıblar

FUTBOLUMUZDA NƏ BAŞ VERİR? - Oliqarxlar klubların pullarını azaldıblar

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Erməni rəsmilərin Qarabağa səfərlərinə Rusiyadan münasibət

Erməni rəsmilərin Qarabağa səfərlərinə Rusiyadan münasibət

2021-01-18
Əhmədzadə Elçibəyin işdən çıxardığı icra başçısının şirkəti ilə 2,5 milyonluq müqavilə bağladı (FOTO)

Əhmədzadə Elçibəyin işdən çıxardığı icra başçısının şirkəti ilə 2,5 milyonluq müqavilə bağladı (FOTO)

2021-01-18
Lavrovdan əsirlərin dəyişdirilməsi ilə bağlı açıqlama

Lavrovdan əsirlərin dəyişdirilməsi ilə bağlı açıqlama

2021-01-18
Köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə veriləcəyi vaxt açıqlandı (RƏSMİ)

Köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə veriləcəyi vaxt açıqlandı (RƏSMİ)

2021-01-18
Siyavuş Aslanın oğlu xəstəxanaya yerləşdirildi

Siyavuş Aslanın oğlu xəstəxanaya yerləşdirildi

2021-01-18
Füzulinin Merdinli kəndindən görüntülər (VİDEO)

Füzulinin Merdinli kəndindən görüntülər (VİDEO)

2021-01-18
Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)

Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)

2021-01-18
Ermənistan parlamenti üçtərəfli bəyanatın qanuniliyini müzakirə etməyəcək

Ermənistan parlamenti üçtərəfli bəyanatın qanuniliyini müzakirə etməyəcək

2021-01-18
Nazirlikdən hava xəbərdarlığı: Qar yağacaq

Nazirlikdən hava xəbərdarlığı: Qar yağacaq

2021-01-18
Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılır

Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılır

2021-01-18
DYP vətəndaşlara müraciət etdi

DYP vətəndaşlara müraciət etdi

2021-01-18
Bulvarda 3 milyonluq “kupça”lı obyekti sökdülər – 1 manat da ödəmədilər / FOTO

Bulvarda 3 milyonluq “kupça”lı obyekti sökdülər – 1 manat da ödəmədilər / FOTO

2021-01-18
Azərbaycanda peyvənd birinci onlara vurulacaq

Azərbaycanda peyvənd birinci onlara vurulacaq

2021-01-18
Qərb Rusiyanı Navalnıya görə sərt qınadı

Qərb Rusiyanı Navalnıya görə sərt qınadı

2021-01-18
Cəbrayıl polisi narkotacir qardaşları saxladı

Cəbrayıl polisi narkotacir qardaşları saxladı

2021-01-18
Ermənistana yeni müdafiə naziri təyin olundu

Ermənistana yeni müdafiə naziri təyin olundu

2021-01-18
Bu gündən Azərbaycanda vaksinasiyaya başlanılır

Bu gündən Azərbaycanda vaksinasiyaya başlanılır

2021-01-18
SMS icazə ləğv edildi

SMS icazə ləğv edildi

2021-01-18
Bu gündən sərt karantin rejimi yumşaldıldı

Bu gündən sərt karantin rejimi yumşaldıldı

2021-01-18
“Hirkanda baş vermiş yanğın lokallaşdırılıb”

“Hirkanda baş vermiş yanğın lokallaşdırılıb”

2021-01-17

Seçmə

  • Bütün
  • SEÇMƏ
Bu gündən Azərbaycanda vaksinasiyaya başlanılır
SEÇMƏ

Bu gündən Azərbaycanda vaksinasiyaya başlanılır

2021-01-18
Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı
SEÇMƏ

Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı

2021-01-15
Vüqar Səfərlinin mənimsədiyi milyonlar…
SEÇMƏ

Vüqar Səfərlinin mənimsədiyi milyonlar…

2021-01-14
Karantin rejimi yumşaldılacaq? (VİDEO)
SEÇMƏ

Karantin rejimi yumşaldılacaq? (VİDEO)

2021-01-14
Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradıldı
SEÇMƏ

Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradıldı

2021-01-12
Pakistanın Hərbi Hava Qüvvələri komandanı Bakıda
SEÇMƏ

Pakistanın Hərbi Hava Qüvvələri komandanı Bakıda

2021-01-11
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Erməni rəsmilərin Qarabağa səfərlərinə Rusiyadan münasibət

Erməni rəsmilərin Qarabağa səfərlərinə Rusiyadan münasibət

2021-01-18
Əhmədzadə Elçibəyin işdən çıxardığı icra başçısının şirkəti ilə 2,5 milyonluq müqavilə bağladı (FOTO)

Əhmədzadə Elçibəyin işdən çıxardığı icra başçısının şirkəti ilə 2,5 milyonluq müqavilə bağladı (FOTO)

2021-01-18
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.