Xəstəxanada anasının ölümünə görə etiraz edən şəxs HƏBS EDİLDİ (VİDEO)

29 May 2019 - 17:24
741 oxunma

Anasının ölümünə görə 3 saylı Şəhər Klinik Xəstəxanasında etiraz edən vətəndaş həbs edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Sabunçu rayon Məhkəməsinin qərarı ilə, 1979-cu il təvəllüdlü Məmmədov Rəfi Vaqif oğlu İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə 20 gün müddətində həbs olunub.

Qeyd edək ki, Rəfi Məmmədov anası Məmmədova Əminə Hüseyn qızının ölümünə görə  3 saylı Şəhər Klinik Xəstəxanasının həkimlərini günahlandırırdı. O, bildirirdi ki, anası həkim səhlənkarlığına görə dünyasını dəyişib.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"