13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vüsal Qasımlı: “Biznes kreditlərinin bir hissəsinə dəstək verilə bilər”

01 Aprel 2020, 00:25
Cəmiyyət
A A
Vüsal Qasımlı: “Biznes kreditlərinin bir hissəsinə dəstək verilə bilər”
“Azərbaycanda koronavirus infeksiyasının yaratdığı yeni şəraitdə hökumət bank kreditlərinin ödənilməsi məsələsinə 2 formada dəstək verəcək”.
“Report” xəbər verir ki, bunu İTV-nin efirində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.
“Hazırda Azərbaycanda kredit portfeli 15,5 milyard manatdır. Bunun 7 milyard manatı ev təsərrüfatlarına (əhaliyə), qalanı isə biznesə (özəl sektora) verilib. Aydın məsələdir ki, pandemiya və qlobal şokların təsiri altında ödəniş qabiliyyətində problemlər yaranıb. Bu problemləri aradan qaldırmaq üçün dövlət 1 milyard manatlıq paket təqdim edəcək. Burada daha çox sahibkarlara dəstək veriləcək. Amma o sahibkarlara ki, dövlətin qayda-qanunlarına əməl ediblər, kredit tarixçələri də normaldır, yəni kreditləri həmişə vaxtında ödəyiblər və yalnız qlobal vəziyyətlə əlaqədar ödəniş problemləri yaranıb. Eyni meyarlar əsas götürülməklə əhalinin kreditlərinə də bir hissəsinə dəstək verilə bilər”, – deyə o, qeyd edib.
V.Qasımlının sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu iş adamlarınım kredit faizi yükünün təxminən 10%-lik hissəsini öz üzərinə götürəcək: “Bu da əhəmiyyətli hissədir. Çünki, bu gün ölkədə biznes kreditlərinin orta illik faiz dərəcəsi 14%-dir. Burada bank sektorunun ayaqda qalması məsələsi də çox vacibdir. Biz yenidən problemli kreditlər burulğanı yaratmaq istəmirik. Bir tərəfdən sahibkarın və vətəndaşın marağı qorunacaq, digər tərəfdən isə bank sektorunun dayanıqlığına dəstək veriləcək”.
“Bundan başqa, yeni götürülmüş kreditlər üçün 500 milyon manatlıq da dəstək paketi olacaq. Burada əsas məqsəd sahibkarların dəstəklənməsidir. O sahələr ki, dövlətin prioritet istiqamətləridir və postkorona dövründə iqtisadiyyatın dayanıqlığını təmin edəcək, iş yerləri yaradacaq, vergi bazasını genişləndirəcək, həmin sahələrdə kredit götürüb iş görən sahibkarlara dəstək veriləcək. Amma bunun üçün layihənin dəyərində kreditin payı 15%-i keçməməlidir, bunun da yarısını dövlət ödəcəyək, üstəlik həmin kreditə görə zəmanətin 60%-ni yenə də dövlət verəcək. Bu çox əlverişli bir imkandır ki, Azərbaycan iqtisadiyyatı qlobal şokun təsirindən qısa müddətdə ayılsın, özünə gəlsin. Çünki ucuz maliyyə resursları burada çox böyük əhəmiyyət kəsb edəcək”, – deyə İİTKM-nın icraçı direktoru əlavə edib.
Əvvəlki yazı

Milli Məclisin vitse-spikerindən vətəndaşlara müraciət

Sonrakı yazı

Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.