Vüqar Rəhimzadə: “Bir-birini tamamlayan qurumlar ləğv edilməlidir”

14 Yanvar 2019 - 21:22
171 oxunma

“Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında struktur islahatlarına dair mesajları və düşüncələri Azərbaycanın gələcək iqtisadi inkişafı üçün qısa zamanda vacib addımların atılacağından xəbər verir. Bu günə qədər aparılan struktur islahatları deməyə imkan verir ki, bu addımlar bundan sonra da atılacaq və burada məqsəd optimal, çevik və məzmunlu idarəetmə sistemi yaratmaqdır”.

Bunu Teleqraf.com-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi ekspert Vüqar Rəhimzadə ölkədə aparılan struktur islahatlarına münasibət bildirərkən qeyd edib.

V.Rəhimzadənin sözlərinə görə, Prezident müşavirədə əldə edilmiş uğurlarla yanaşı problemlərə də toxunub: “Prezident bildirdi ki, indi idarəetmədə struktur köhnəlib, idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. Doğrudan da, indi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü qurulur. Hesab edirəm ki, gömrük və vergi orqanlarında aparılan islahatlar, bu gün bir neçə dövlət qurumunun ləğv edilməsi və yenidən təşkil olunmasına dair fərmanlar ölkədə ciddi struktur islahatlarının aparıldığından xəbər verir. İslahatlar aparılmadan yenilik əldə etmək, inkişaf mümkün deyil. Bugünkü islahatlar dövlət xərclərinin səmərəli xərclənməsi, idarəetmənin optimallaşdırılması, çevik strukturun qurulması baxımından əhəmiyyətlidir. Bir-birini tamamlayan, səmərəsiz fəaliyyət göstərən qurumlar ləğv edilməlidir”.

V.Rəhimzadə qeyd etdi ki, sosial müdafiə, səhiyyə, aqrar sektorlarda islahatların aparılması vacibdir: “Bu islahatlar davamlı xarakter almalıdır və iqtisadi inkişafa töhfə verməlidir. İslahatlar dövlətimizin artan gücündən, nüfuzundan xəbər verir. Azərbaycan dünyada islahatçı ölkə kimi qəbul olunur. Bunu beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu da təsdiq edir”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"