Koronavirusdan dünyasını dəyişən jurnalist Əmrah Fəqanoğlunun mobil telefonu müalicə olunduğu “Yeni klinika”da yoxa çıxıb. Reportyor.info xəbər verir ki, bu barədə oğlu onun feysbuk səhifəsindən məlumat yayıb.
“17 iyul 2020 ci il tarixdən 28 iyul 2020 ci il tarixə qədər özünə təhvil verdiyim Əmrah Fəqanoğluna məxsus olan telefon müalicə aldığı “Yeni Klinika” tərəfindən ailəsi və yaxınlarına təhvil verilməyib və oğurlanıb, itib adı altında məlumat verilib. Bu cür məsuliyyətsizlik və mənəvi dəyəri olan şəxsi əşyanın qaytarılmaması yolverilməzdir”, – deyə oğlu qeyd edib.