“İki gün əvvəl sosial şəbəkələrdə video-müraciət edib, xahiş etmişdim ki, cənab general məni qəbul etsin.
Reaksiya gecikmədi. Bir neçə saat sonra DİN-in məsul şəxsi mənə zəng edib, Daxili işlər Naziri Cənab Vilayət Eyvazov məni qəbul etdi”.
Reportyor.info xəbər verir ki, bu sözləri Xocalıdan məcburi köçkün Səfər Cavadov bildirib. Onun sözlərinə görə, nazirin qəbulunda olub, başına gətirilən müsibətləri nəql edib:
“Əlimdə olan fakt və sübutları təqdim etdim. Ətraflı danışmaq ücün bütün imkanlar yaradılmışdı. Cənab Nazir bu məsələni nəzarətə götürdüyünü qeyd etdi və polisin əlimdə olan səs yazılarını istədi.
Sonda qeyd etdi ki, mənim xocalılara xüsusi sayqım var. Cənab Nazir onu da vurğuladı ki, sizin işin ədalətli aparılması ücün bütün qanuni tədbirlərin görülməsi ücün əlimdən gələni edəcəyəm.
Cənab General, mən də öz növbəmdə bizə göstərdiyiniz xüsusi diqqətə görə Sizə həm ailəmiz, həm də bütün xocalılar adından təşəkkür edirəm”.