Vilayət Eyvazovdan təyinat metodu ilə bağlı yenilik

15 İyul 2019 - 18:57
796 oxunma

Bu gün Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

“Reportyor.info” xəbər verir ki, tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov da iştirak edib.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov nazirliyə Bakı qeydiyyatında olan 41 məzunun dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.

Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkmiş və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.

Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş beş məzundan biri nazirliyin Baş Təşkilat-İnspeksiya İdarəsinə, biri Baş Cinayət Axtarışı İdarəsinə, biri Baş Kadrlar İdarəsinə, iki nəfər isə müstəntiq vəzifələrinə təyin ediliblər.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"