14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vaşinqtonun Ərəb Əmirlikləriylə qaranlıq əlaqələrinin araşdırılması daha nələri üzə çıxaracaq? – TƏHLİL

07 Mart 2018, 10:52
Siyasət
A A
Vaşinqtonun Ərəb Əmirlikləriylə qaranlıq əlaqələrinin araşdırılması daha nələri üzə çıxaracaq? – TƏHLİL

Sərdar TURQUT

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

15 iyul çevriliş təşəbbüsü öncəsi FETO-çulara fələstinli agent Məhəmməd Dahlan vasitəsilə pul göndərdiyi və Gülənlə də görüşdüyü məlum olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tramp administrasiyası ilə qurduğu qaranlıq əlaqələr xüsusi prokuror Müller tərəfindən araşdırılır.

İllər öncə Qəzzadan çıxarıldıqdan sonra BƏƏ-yə qaçan və bu dövlətin agenti halına gələn Məhəmməd Dahlanın fəaliyyətlərini 11 noyabr 2017-ci il tarixli “Bölgəmizdə gizli planları kim qurur?” başlıqlı yazımda anlatmışdım. BƏƏ əmirinin müşaviri olan Dahlanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da güclü əlaqəsi vardır. BƏƏ-nin yönləndirdiyi Dahlan, ABŞ, Səudiyyə Ərəbistanı və İsrail əməkdaşlığı ilə həyata keçirilən böyük regional planın Vaşinqtondakı pərdəarxası oyunçularının da adamıdır.

Xüsusi prokuror Müllerin Rusiya ilə əlaqələri araşdırma prosesində şahid kimi dindirdiyi insanların verdiyi ifadələr səbəbilə, o araşdırmanın miqyası başqa ölkələri də içinə alacaq şəkildə inkişaf edir və Tramp administrasiyasının qurduğu bəzi qaranlıq əlaqələr araşdırılır.

Bu qaranlıq əlaqələrin tam da göbəyində Vaşinqtonda Türkiyə əleyhinə fəaliyyətləri ilə tanınan BƏƏ səfirinin olması, onlarla birlikdə işləyən və qaranlıq fəaliyyətləri məlum olan bir özəl təhlükəsizlik məsləhət şirkətinin sahibi Eliot Broidinin (Elliott Broidy) Qətər səfirinə yazdığı məktubun “New York Times”a verilən surəti sayəsində ortaya çıxıb.

Hər casusluq hadisəsində olduğu kimi, bu hadisədə də qaranlıq xarakterlərin sayı kifayət qədər çoxdur və hamısının da birdən artıq dərin əlaqəsi olduğu üçün məsələni həmən təhlil etmək asan deyil. Bu üzdən baş verənləri bir-bir yazmağa çalışacam.

 

Qaranlıq və dərin əlaqələr

 

Mənim burada ilk dəfə vəzifə aldığım Klinton administrasiyası dövründən bu yana xüsusilə Suriya ilə ABŞ hakimiyyəti arasında gizli əlaqələri quran Corc Nader (George Nader) adlı Livan əsilli bir amerikalı var. “New York Times” da əlaqələr zənciri haqqında yazdığı yazını bu xarakter üzərində qurub.

Bu Corc Nader son illərdə Vaşinqtonda BƏƏ əmirinin müşaviri olaraq işləyir və Ağ evə də tez-tez girib çıxır. BƏƏ-nin hakimiyyətdə əlaqələr satınalma təşəbbüslərinin baş aktyoru Naderdir.

Daha öncə bəhs etdiyim Eliot Broidi, kampaniyalarına pul tapdığı üçün Trampa çox yaxın olan biridir. Nader də Broidi ilə yaxınlaşaraq, onun vasitəsilə Trampla əlaqə qurur. BƏƏ-nin Türkiyə əleyhinə olan fəaliyyətlərini də bu əlaqələri sayəsində administrasiyaya təsirli formada çatdırır.

Eliot Broidi bundan təxminən altı ay öncə Trampla Oval Ofisdə xüsusi bir görüş keçirdi, sonra da bu görüşdə olan söhbəti Naderə anlatdı. Danışılanların yayıldığı anlaşılınca da Qətər səfirliyinin ona qarşı casusluq etdiyini və həmin məlumatları oğurladığını anlatmağa başladı. Qətər səfirliyinə bir məktub (bu məktubun bir surəti məndə də var) da yazıb bu ittihamı irəli sürdü.

Qaranlıq əlaqələr şəbəkəsi beləcə bir-bir ortaya çıxır və araşdırılır. Naderin Qətərə qarşı əməliyyat aparması üçün Trampı Broidi vasitəsilə razı saldığı da bildirilir.

FETO-ya pul yardımı da edən BƏƏ-nin xüsusi prokuror Müller tərəfindən araşdırılmağa başlanması FETO əlaqələrinin araşdırılmasını istəyən və Gülənin verilməsini tələb edən Türkiyə baxımından olduqca önəmli bir hadisədir.

8 martda burada yaradılacaq üç komissiyadan (ABŞ-TC komissiyası – tərc.) biri Gülənin təhvil verilməsilə bağlı olacağından, baş verən bu hadisələrin əhəmiyyəti daha da artır. Bu arada, BƏƏ-nin burada Türkiyə əleyhinə fəaliyyət göstərən bəzi FETO-çu mətbuat qurumlarına pul yardımı etdiyi də unudulmamalıdır.

Dərin əlaqələri aça bilən bəzi qaynaqların dediyinə görə, “Əgər Müller bu kirli əlaqələri də ortaya tökərsə, bu, Gülənin təhvil verilməsi baxımından Türkiyənin əlinə böyük bir kozır verə bilər”.

Ayrıca, bunu da qeyd etməliyəm: Naderin Suriya və İraqda aktiv olan və “Akademiya” adı ilə tanınan özəl təhlükəsizlik şirkəti “Blackwater”la da əlaqəsi var. Əgər bir gün bu “Blackwater” şirkətinin qaranlıq əlaqələri araşdırılarsa, ortaya Türkiyə baxımından çox önəmli nəticələrin çıxacağı da söylənir.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Rena Süleymanovanın qanunsuz əməlləri BŞTİ və nazirlik tərəfindən araşdırılmır?

Sonrakı yazı

İlham Əliyev Vladimir Putinə başsağlığı verib

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.