14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

VAŞİNQTONDA İKİHAKİMİYYƏTLİLİK:prezident Tramp, yoxsa “dərin dövlət”in təmsilçsi “prezident Bolton” qalib gələcək? – TƏHLİL

14 Yanvar 2019, 17:46
Manşet
A A
VAŞİNQTONDA İKİHAKİMİYYƏTLİLİK:prezident Tramp, yoxsa “dərin dövlət”in təmsilçsi “prezident Bolton” qalib gələcək? – TƏHLİL

İvan Danilov

RİA Novosti, 14.01.2019

 

ABŞ prezidenti Donald Trampın Amerika kontingentinin Suriyadan çıxarılması qərarı prezident administrasiyası və Birləşmiş Ştatlardakı bütün hakimiyyət sistemi daxilində artıq çoxdankı münaqişəni üzə çıxardıb. İndiki anda Birləşmiş Ştatları əslində kimin yönəltdiyi çox da aydın deyil: rəsmi prezident Donald Tramp, yoxsa Amerikanın “NewsWeek” dərgisi kimi nüfuzlu KİV-lərinin siyasi nüfuzu və Trampın rəsmi mövqeyinə qarşı qərarları boğmaq imkanına görə artıq “prezident Bolton” adlandırdığı milli təhlükəsizlik üzrə müşavir Con Bolton?

Boltonun geniş ictimaiyyətə özəl status və özəl imkanlarını aşkarlayan qalmaqal Çinin “Huawei” korporasiyası başçısının qızının həbsi kontekstində baş verib. Boltonun özünün ehtiyatsız (ya da, ola bilsin, nümayişkaranə) etirafına görə, Çinin ünvanına bu təcavüzkar hərəkətdən xəbərdar idi və prezident Tramp və sədr Si arasındakı əsas şəxsi danışıqların başlanmasına qədər gözlənilən həbsdən məlumatlandırılıb. Problem bundadır ki, Donald Trampın özü  heç nə bilməyib və bu bildirir ki, o, təkcə Si ilə danışıqları “kor-korana” aparmayıb, həm də hələ önəmli görüşdən qabaq bu qədər ciddi və Çin üçün alçaldıcı diplomatik insidentin baş verməsinə “olsun” deməyib. Durum bu kontekstdə aşkar “ziyançılıq” cizgiləri almağa başlayıb. Çünki Tramp administrasiyasında sanki milli təhlükəsizliyə sorumlu olan və prezidentin ən məlumatlı və etibarlı tərəfdarı olmalı olan şəxsin belə davranışını Trampın diplomatik səylərini yalnız bilərəkdən təxribata uğratmaqla izah etmək olar.

ABŞ başçısı özünün partlayan coşğunluğu ilə tanınıb və öz administrasiyasnın  yüksəkməqamlı üzvlərini daha xırda qəbahətlərə görə işdən qalmaqalla çıxarıb, amma Boltonun başına bir iş gəlməyib. Bu, düşünməyə vadar edir ki, onun tabelik statusu formallıqdan savayı bir şey  deyil.

ABŞ prezidentinin özü dəfələrlə bəyan edib ki, onun əsas problemi və ən önəmli siyasi rəqibi dərin dövlət (“The deep state”) adlı qurum – kimin ABŞ-ın rəsmi prezidenti olduğundan asılı olmayaraq Birləşmiş Ştatları de-fakto yönəldən, heç kimin seçmədiyi siyasilər, məmurlar və poqonluların qeyri-formal qrupudur. Boltonun batmazlığına görə təəssürat yaranır ki, Trampın yenə də azdan-çoxdan açıqca müstəqil siyasət yürütmək səylərinə baxmayaraq, bu “dərin dövlət”in təmsilçilərini öz administrasiyasından belə də təmizləyə bilməyib.

Burada prezident Putinin Amerika hakimiyyət sisteminin, əslində, necə işlədiyi haqda hekayətini necə yada salmayasan: “Mən Amerikanın artıq həm bu, həm başqa, həm də o biri prezidentiylə təmasda olmuşam – prezidentlər gəlib gedir, siyasət isə dəyişmir. Bilirsiniz niyə? Çünki bürokratiyanın hakimiyyəti çox güclüdür. Adamı seçiblər, o, bəzi ideyalarla gəlir, yanına keysli (balaca çamadan-red.), qəşəng geyinmiş və mənimki kimi, amma qalstuku qırmızı deyil, qara, ya da gömgöy olan tünd kostyumlu  adamlar gəlir və necə etmək gərəkdiyini izah etməyə başlayırlar və hər şey bir anda dəyişilir. Bir administrasiyadan o birinə beləcə baş verir. Nəyisə dəyişmək olduqca qəliz məsələdir – mən bunu heç bir kinayəsiz  deyirəm. Ona görə deyil ki,kimsə istəmir, çünki qəliz işdir”.

Donald Trampın nəyisə dəyişməkdə parlaq arzusu Suriyadan qoşunları çıxarmaq haqda gözlənilməz qərarı olub. Amerikanın nüfuzlu KİV-lərinin “məlumatlı qaynaqları”nın iddia etdiyi kimi, bu, Pentaqonun yüksəkçinliləri və Dövlət Departamentinin yüksəkməqamlılarının açıq müqavimətiylə qəbul olunub. Yəni həmin “dərin dövlət”in təmsilçilərinin. “Dərin dövlət”in artıq 2018-in aprelində Trampın qoşunları Suriyadan çıxarmaq qərarını ləğv etməyə nail olduğu nəzərə alınmaqla bu, özəlliklə önəmlidir.

Bolton bir həftə qabaq, qoşunların çıxarılması elanından bir an sonra təcili İsrail baş naziri Benyamin Netanyahyu ilə danışıqlara yollanıb və bundan sonra faktiki bildirib ki, qoşunların yubanmadan çıxarılması olmayacaq, bununla hətta üzü üzlər görmüş, prezident qərarıyla sanki onun tabeliyində olanın bəyanatları arasında bu qədər birbaşa ziddiyyəti aşkarca gözləməyən Amerika jurnalistlərini də heyrətə  salıb. Sonuncu elə danışıb ki, elə bil, Birləşmiş Ştatları o yönəldir.

Durum bir neçə gün boyunca məzhəkə və komediya arasında balanslaşdı: Amerikaiçi münaqişənin bütün iştirakçıları ziddiyyətli bəyanatlar verib və bu zaman görüntü yaradıblar ki, hər şey qaydasındadır. Bununla belə, qalan bütün dünya dəqiq anladı ki, Vaşinqtonda aşkar ikihakimiyyətlilik qurulub və indi Amerika silahlı güclərinə nəzarət uğrunda çarpışma gedir. Və budur, Donlad Tramp ən sonda taktiki qələbə çala bilib – sanki texnikanın Suriyadan çıxarılması başlanıb. Ən azı, Amerikanın “The Wall Street Journal” və “Newsweek” kimi bir neçə nüfuzlu nəşri bundan xəbər verib və indiki halda Boltonun şərti “qırğılar”ıyla Trampın “təcridçilər”i arasında qarşıdurmanın informasiya tərkibi ən önəmlisidir.

“Newsweek” texnikanın çıxarıldığının başlandığı haqda xəbər verərək  vurğulayıb ki, bu, Boltonun mövqeyinə baxmayaraq edilib, “The Wall Street Journal”-in materialı isə Amerikanın jurnalistlərə və Amerikanın geniş auditoriyasına məlumat verməyi gərəkli sayan hansısa yüksəkməqamlı, adı çəkilməyən hərbçisinin sitatına özəl diqqət ayırıb: “Planlar dəyişilməyib. Biz Boltona tabe deyilik”.

Hər halda, görünür, ordunun bir bölümü məhz Donald Trampın mövqeyini dəstəkləyir və “dərin dövlət”ə deyil, ona tabe olur.

Amma bunun Trampın prezident səlahiyyətlərini tamamilə gerçəkləşdirməsinə bəs edib-etməyəcəyi böyük sualdır. Çox ehtimal ki, istənilən bölgüdə ikihakimiyyətlilik və aşkar daxili-siyasi dartışma dinc yolla həll edilə bilməyəcək. Çünki münaqişə tərəfləri arasındakı ziddiyyətlər prinsipal və çətin dəfolunandır. Qalan dünya bu qarşıdurmadan yalnız udur: bu durum nəticəsində Amerika nə qədər çox zəifləyərsə, Vaşinqton uğrunda savaşda qalib çıxanlarla sonradan dil tapmaq və ya “kəsirini vermək” daha asan olacaq.

Tərcümə Strateq.az-ındır.  

Əvvəlki yazı

«BMT Təhlükəsizlik Şurasında veto hüququ ləğv olunsun» – Ukrayna çağırış etdi

Sonrakı yazı

Dollar neçəyə olacaq? –Mərkəzi Bank rəsmi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.