Vasim Məmmədəliyev vəfat edib

14 Oktyabr 2019 - 00:07
68 oxunma

Azərbaycan elminə böyük itki üz verib.

Reportyor.info xəbər verir ki, şərqşünas alim, böyük ziyalı, “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçisi, akademik Vasim Məmmədəliyev haqqın dərgahına qovuşub.

Akademik son günlər xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1964-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

1978-ci ildə professor elmi dərəcəsinə yiyələnən Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın əməkdar elm xadimi fəxri adina layiq gorülüb. 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasinin akademiki seçilib.

20 kitabın, 600-dən çox elmi məqalənin müəllifidir. Əsərləri dünyanin 15-dən artıq ölkəsində nəşr edilib. Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib.

Allah rəhmət eləsin.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"