Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun, eləcə də Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov YAP-ın qurultayına tibbi maskasız gəliblər. Reportyor.info xəbər verir ki, onlar özlərini Naxçıvanda hiss ediblər.
V.Talıbov Nazirlər Kabinetinin qərarlarına əhəmiyyət vermədən maska taxmayıb hərəkət etməkdədir. Ola bilsin ki, Naxçıvanda açıq havada və qapalı məkanlarda tibbi maskadan istifadə etmək barədə qərar yoxdur və Nazirlər Kabinetinin qərarı da muxtar respublikada keçərli deyil. Amma paytaxt Bakıda belə bir qərar qüvvədədir.
Hətta Prezident İlham Əliyevin, AMEA-nın prezidenti Ramiz Mehdiyevin, həmçinin digər yüksək ranqlı məmurların tibbi maskadan istifadə etdiyinə dair fotolar var. Belə olan halda Vasif Talıbovun tibbi maska taxmaması açıq-aşkar qaydalara meydan sulamaqdır.
Discussion about this post