01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vəziyyəti sakitləşdirməyə çalışın – Günün qoroskopu

07 Sentyabr 2018, 01:45
Cəmiyyət
A A
Vəziyyəti sakitləşdirməyə çalışın – Günün qoroskopu

Qoç– Mars, Saturn və Demos arasındakı münasibətlər şəraitin energetikasını dəyişir. Emosiyalara nəzarət edin, əsas məsələdən diqqəti yayındırmayın. Uğurlu qarşılıqlı münasibətlər və birgə fəaliyyət üçün şərik, iş yoldaşı, tanış və ya dostunuzun emosional durumunu anlamağa çalışın.

Seçim problemi sizi düşündürürsə, bu gün həmin tapmacaya cavab tapmağa vaxt sərf etməyin, bu istiqamətdə konkret addım atmayın.

Daha neytral işlə məşğul olun.

Əmr və göstərişlərin sayını azaldın, maraqlarınızı bölüşən insanlarla münasibətləri səmimiləşdirin.

Həyatınızdakı intriqa gərginləşəcək.

Buğa– Venera və Saturn arasındakı münasibətlər gərginləşir, dəyərlərin mənzərəsi dəyişir. Maraq və diqqət obyektinin dəyişməsi çox sürətlə baş verə bilər.

Hansısa nəsnədən əl çəkərək yeni avantüra, macəraya qatıla bilərsiniz.

Gün sizdən aktivlik, çeviklik, qıvraqlıq, hər şeyə ani reaksiya, şərik və tərəfdaş, dost və həmkarla əlbir iş tələb edir.

Münaqişə, gərgin diskussiya, mübahisə istisna deyil.

Axşam saatları romantik ola bilərsiniz.

Yeni ideya və istəklər, şövq və optimizm yarana bilər.

Nə qədər ehtiyatlı olsanız da, hansısa romantik səbəbdən hisslər burulğanına qərq olacaqsınız.

Həyatın qarşınıza çıxardığı seçimdə “hə” və ya “yox” deməyə çox az vaxt olacaq.

Tanıdığınız adamla iş görsəniz, orada risk daha az olacaq. Əks təqdirdə yeni öhdəliklərdən uzaq durun.

Əkizlər– Mühüm işləri sabaha qədər təxirə salın. Rəsmi olmayan şəraitdə spontan tədbirlər işgüzar perspektivlərinizi yaxşılaşdıra bilər. Emosiyalar çıxış yolu, tətbiq müstəvisi tələb edir.

Hadisələrin aktiv inkişafı, səmimiyyət, açıqlıq, əlaqə və maraqların genişlənməsi mərhələsi başlanır.

Mənasız arzulardan əl çəkin, real işlə məşğul olun. Hansısa mühüm münasibətlərdən biri ağrılı olsa da, kəsilməkdədir.

Daha çox müəyyənlik istəyirsinizsə, görüş və danışıqları təxirə salmayın.

İndi yaranan imkanlar sıçrayış və sürətlənmə imkanları yaratmaqla yanaşı, narazılığa da səbəb ola bilər. Hər şey sizin yeniliklərə nə qədər hazır olmağınızdan asılıdır.

Xərçəng– Pluton və Marsın münasibətləri həyatınızda daha ciddi nizam yaradılmasını, müəyyənliyin artırılmasını tələb edir. Ola bilsin ki, ciddi, çətin seçimlə qarşılaşasınız.

Saat 13:00-dan sonra mühüm məlumat alacaqsınız.

Vaxtdan səmərəli istifadə edin.

Tələsmədən, narahatlıq hissi keçirmədən hərəkət edin. Mühüm hadisələrin yaxınlaşmasını hiss edirsinizmi?

Sizin üçün aktual olan mövzunun təfərrüatlarının aşkarlanmasına imkan verin, bütün ehtiyatlarınızdan istifadə edib-etmədiyinizi yoxlayın.

Şəxsi münasibətlərdə yenidənqurma mümkündür. Sevdiyiniz insanlarla təmaslarda intellektual zəmində mübahisə yaranırsa, bir qədər fasilə edin.

Şəraitdə nəyisə dərhal dəyişməyə can atmayın, çünki hesablarınız və gümanlarınız yanlış ola bilər.

Sizə mühüm olan ünsürü müəyyənləşdirmək, seçmək üçün ətrafdakı insanların məsləhətlərinə yox, qəlbinizin səsinə qulaq asın.

Şir– Günün sizə verdiyi işarələrə və nişanələrə diqqətlə fikir verin. Ay və Fobosun münasibətləri paradoksa, hadisələrin dalana dirənməsinə səbəb ola bilər. Heç bir olayı, işi və ya problemi dərhal, tələsik həll etməyə çalışmayın.

Tərəfdaşlıq, şəriklik, birgə fəaliyyət və əməkdaşlıq müstəvisində ayıq davranın. Hansısa variantı aktiv müzakirə etdiyiniz vaxtda başqa bir istiqamətdə önəm səviyyəsi heç az olmayan hadisə formalaşmaqdadır.

Qətiyyətli və inadkar olun, mənfəət və gəlir hiss etdiyiniz yerdə mövqelərinizi möhkəmləndirin, maraqlarınızı qoruyun.

Şəxsi münasibətlərdə müəyyən süjetin inkişafında maraqlısınızsa, hələlik tələsməyin.

Bir qədər kölgəyə çəkilin, tək qalın. Narahat olmayın, az sonra sürətlə irəliləyəcəksiniz.

Qız– Yaxın ayla bağlı planlarınızı müəyyənləşdirin, şəraitin amplitudasını dəqiqləşdirin və duruma uyğun hərəkət edin.

Soyuqqanlı, hətta ifrat dərəcədə soyuq olun. Hər şeyi hesaba alın, emosiyaları unudaraq yalnız işlə məşğul olun.

Yeni nəyinsə yarandığını hiss etdiyiniz situasiyaya həssas olun.

Bu günün hadisələri sınaqlardır və onların sayəsində diqqət mərkəzinizdə olan insanlarla nəsnələrin əsl dəyərinə vaqif olacaqsınız.

Vücudunuza diqqət ayırın, idmanla məşğul olun. Axşam saatlarında təmiz havada gəzintiyə çıxın. Faydalı məşğuliyyət təcili həllini tələb edən məsələlərin öhdəsindən gəlməyə imkan verəcək.

Tərəzi– Ətrafınızdakı insanların təxribatlarına kəskin reaksiya verməyin, sizə əsla xas olmayan hərəkətləri etməyin. Lakin bu günün enerjisi, xüsusilə də Ay və Saturnun münasibətləri sizdən həyatınızda əvvəlki təki qalmamalı nəsnələrlə hadisələrə aktiv müdaxiləni tələb edir.

Vildalaşmalı olduğunuz nəsnə və ya adamı intuitiv olaraq müəyyənləşdirin ki, daha vacib işlə məşğul olmağa vaxtınız qalsın.

Çətindir, amma vacibdir – bunu etməlisiniz. Bu yaxınlaradək fikirlərinizdə və həyatınızda mühüm yer tutan münasibətdə romantizm çalarları sönükləşə bilər.

Qəmlənməyin, yeni istiqamətin seçim anını buraxmayın. Gündəlik məhsuldarlığa yaradıcılıq əmsalını əlavə edin.

Axşam saatlarında maraqlı tapıntıya sevinə bilərsiniz.

Əqrəb– Birmənalı olmayan situasiyaya düşə bilərsiniz. İmkanlar yetərincə artsa da, məqsədə aparan yolda ciddi maneələr yaranır. İstəyinizə dərhal çatmaq alınmayacaq.

Ruhdan düşməyin, nigaran qalmayın. İlk baxışdan böyük çətinlik təsiri bağışlayan problemlər sonradan çox önəmli pozitiv nəticələrə səbəb ola bilər.

Müdrik olun, addımlarınızı düşünüb atın.

Yaxın ətrafla münasibətlərin ümumi fonu və qarmaqarışıq olması, sevdiyiniz insanla təmaslarda yaranmış anlaşılmazlıqlar sizdə pərişanlıq yaratmasın. Söhbətlərə, sözlərə ifrat dərəcədə həssas olmayın, intriqalara baş qoşmayın. Emosional davranış sizə olan münasibətə pis təsir edə bilər.

Axşam saatlarında bir qədər tək qalın, maraqlarınızın təminatı yollarını düşünün.

Oxatan– Dəqiqlik, səliqə və sürətli, ani reaksiya tələb edən məsuliyyətli gündür. Cari işlərin çərçivəsində qalın.

Qəfil problemlər, pis xəbərlər, səhhətin kəskin pisləşməsi, qohumlardan birinin əhvalının xarab olması istisna deyil.

Səfər və ya gəzinti üçün sərfəli, düşərli gün deyil.

Daxili gərginlik məişət texnikasının sınması, avadanlığın sıradan çıxması və yaxın ətrafdakı neqativ situasiya ilə müşaiyət olunacaq.

İmkanların genişlənməsi hansısa səbəblərdən sizi narazı sala bilər. Ya istədiyiniz işlə məşğul olmayacaqsınız, ya da qarşıda sizi çətinliklərin gözlədiyini anlayacaqsınız.

İmkan varsa, mühüm tədbir və görüşləri təxirə salın. Problemlər yalnız bilavasitə sizə təsir edərsə, aktivliyə haqq qazandırmaq olar. Belə deyilsə, aktivliyi sabaha qədər təxirə salın.

Oğlaq– Hərəkətlərinizə diqqət edin, soyuqqanlı olun və işlərin tam əksəriyyətini plan üzrə edin. Daxili gərginlik səhhətinizə təsir edə bilər.

Emosiyalarınıza nəzarət edin, sakitləşin. Əks təqdirdə orqanizminizdə xroniki proseslər güclənəcək, travmatizm riski arta bilər.

İmkan varsa, saat 12-də bir qədər taym-aut götürün və sizdən həddən ziyadə məsuliyyət ilə konkret, ağır zəhmət tələb etməyən işlərlə məşğul olun.

İşdə və ya münasibətlərdə önəmli yeniliyə səbəb ola biləcək spontan situasiya yarana bilər. Sözün bütün mənalarında formada olmağa çalışın. Nəyisə mürəkkəbləşdirməyin, çətinləşdirməyin.

Hadisələrə doğru reaksiya verin, situasiyaya məcra axınında düzəlişlər edin.

Müşahidə edin, informasiya toplayın, nəticə çıxarın.

Dolça– Gələcəkdəki hadisələrlə bağlı güclü rezonansa malik problemlərin həllinə başlayın. Ani problemlər və tələsik istəkləri arxa plana atın, işlə məşğul olun. Cari situasiya və ünsiyyət rəvan olmayacaq.

Maddi məsələlər və tərəfdaşlarla qarşılıqlı münasibətlər yeni mərhələyə keçə bilər.

Qərar və atacağınız addımlarla bağlı tələskənliyə yol verməyin.

Kəskin mübahisələr aparmayın, fikrinizi kiməsə təlqin etməyə çalışmayın, yalnız günün işləri ilə məşğul olun.

Vəziyyəti sakitləşdirməyə çalışın. Əks təqdirdə, arzu edilənləri olanlar kimi anlayaraq çoxsaylı səhvlər edə bilərsiniz.

Alış-verişi günün ilk yarısında edin.

Günün ikinci yarısında ekstremallıq etməyin, macəra axtarmayın.

Balıqlar– Bu gün təcili şəkildə nə isə etmək istəyi çox pis nəticə verə bilər. Yüz dəfə ölçün, bir dəfə biçin. Hansısa situativ maraqlar və ya xəbərlər hadisələrin məntiqi axarını poza bilər. Hərəkət koordinasiyasında problemlər yaranarsa, qərarlarınıza bir daha nəzər salın.

Nə baş verməsindən asılı olmayaraq tələsməyin, ilkin impulsu yaşayın, sonra təmkinli şəkildə hərəkət edin.

Ola bilər ki, məsələnin həllində iştirakınıza ehtiyac qalmasın. Sağlam məntiq, təmkin və soyuqqanlı davranış yeniliklərlə dəyişikliklərin məğzini anlamağa imkan verəcək.

Sadəcə, qəza durumu yarananda təcili qərarlar qəbul edin. Yerdə qalan bütün işlər gözləyə bilər.

Avtomobildən çox istifadə etməyin.

Əvvəlki yazı

Millimiz Ermənistana qalib gəldi

Sonrakı yazı

Bakıda sirri çözülməyən 3 cinayət – İlginc açıqlamalar

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.