Ukraynanın şimal-şərqində yerləşən Xarkov vilayətində AN-26 tipli hərbi təyyarə qəzaya uğrayıb.
Reportyor.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarədə 28 nəfər olub. Onlardan 7-si heyət üzvü, 21-i kursantdır.
Qəza nəticəsində 25 nəfər ölüb.