06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Üç ölkə kəşfiyyatı İranın nüvə alimini oğurladı

12 Fevral 2019, 11:15
Dünya
A A
Üç ölkə kəşfiyyatı İranın nüvə alimini oğurladı

İsrail, Böyük Britaniya və ABŞ kəşfiyyatının İrandan nüvə alimini oğurlayıb aparmasına dair yeni təfərrüatlar var. İsrail mənbələri bildirir ki, alimin İrandan qaçırılmasını “Mossad” həyata keçirib. O, İsraildə dindirildikdən sonra bütün Avropadan keçirilməklə Britaniya adalarına , oradan isə Amerikaya aparılıb.

İran hakimiyyəti alimin yoxa çıxmasından tez duyuq düşüb və onun axtarışı üçün İnqilab Keşikçiləri Korpusunun xüsusi dəstəsi ayrılıb. Lakin həmin vaxt alim artıq İranda deyildi.

Qərbə işləyən bu alim Fransada olanda Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin agentləri hüquqi problemlə qarşılaşıblar. Baxmayaraq ki, ABŞ İranla nüvə sövdələşməsindən çıxmışdı, Britaniya bu razılaşmaya hələ də sadiq qalırdı. Ona görə də Mİ6 agentləri alimi Böyük Britaniyaya qeyri-leqal yolla, içərisində miqrantlar olan qayıqla göndərməyi qərara alıb.

Kəşfiyyatdakı mənbə “Sunday Express”ə bunları deyib: “Biz onu sadəcə olaraq təyyarəyə mindirə bilməzdik. Hərçənd bu qeyri-adi görünür, amma qərar qəbul edildi ki, agenti qaçqınlar qrupu ilə birlikdə qayıqda La-Manş boğazından keçirdək və ölkəyə daxil edək”.

Beləliklə, alim 11 iranlı qaçqınla birlikdə La-Manş boğazını qayıqla keçir. Onlar Yeni il ərəfəsində Böyük Britaniyaya çatırlar. Qayığın Duvra yan alması planlaşdırılırdı, amma axın rezin qayığı sahildən uzaqlaşdırıb və Lidd istiqamətinə aparıb. Orada qayıqdakıları sürətli avtobanda hərəkət edən yük maşını sürücüləri görüb və hakimiyyət orqanlarına xəbər verib.

Britaniya sahillərinə içərisində 12 iranlı qaçqının (9 kişi, iki qadın və 10 yaşlı uşaq) olduğu qayığın gəlişi o vaxt bu ölkə KİV-lərində geniş işıqlandırılıb. Sahilə polislər göndərilib, eyni zamanda Mİ6 agentləri də ora yollanıblar və alimi götürüblər. Agentlər deyiblər: “Bizi əmin etdilər ki, İran nüvə sazişinə əməl edəcək. Bu, yaxşı xəbərdir”.

Mİ6 tərəfindən dindiriləndən sonra iranlı alimi Mərkəzi Kəşfiyyat İdarəsi ABŞ-a aparıb.

***

Böyük Britaniya, ABŞ və İsrailin kəşfiyyat orqanları Yeni il ərəfəsində İrandan 47 yaşlı nüvə alimini oğurlayıb çıxarmaq üçün birgə əməliyyat keçiriblər. Virtualaz.org xəbər verir ki, bu əməliyyat haqda Britaniyanın “Sunday Express” qəzeti yazır.

Məlumata görə İrandan oğurlanaraq Qərbə aparılan nüvə alimi nəinki Tehranın nüvə proqramları haqda sirləri bilir, eyni zamanda bir neçə il əvvəl İranın məşhur nüvə alimi Mustafa Əhmədi Roşanın öldürülməsində də əli var. Roşani “Mossad”ın xüsusi əməliyyatı nəticəsində öldürülmüşdü.

Məlumata görə oğurlanan İran alimi Qərb kəşfiyyatına işləyirmiş və onun qaçırılması əmliyyatı barədə qərar ötən ilin oktyabrında, alimin ifşa edilməsi təhlükəsi yarananda qəbul edilib.

Bu əməliyyat əsasında dekabr ayında “Mossad” agentləri alimi İrandan çıxara bilib. Bundan sonra onu Mİ-6 agentləri onu qaçqınlar qrupu arasında gizlədiblər və La-Manş boğazından qeyri-leqal qaçqınların olduğu qayıqla Böyük Britaniya ərazisinə keçiriblər. Onun daha sonra Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ABŞ-a aparıldığı bildirilir.

Aparılmış “söhbət” zamanı iranlı alim britaniyalı və amerikalı kəşfiyyat agentlərinə İranın nüvə proqramlarına dair qərblə razılaşdırılmış fəaliyyət planına əməl etdiyini deyib. Alimin dediyinə görə İranın Qum şəhərindən 240 kilometr məsafədə iki nüvə müəssisəsi var və orada nüvə başlıqlarının istehsalı mümkündür. Ancaq həmin mərkəzlər İranla nüvə sövdələşməsinin pozulacağı halda işə düşəcək.(Virtualaz.org)

Əvvəlki yazı

DTX İkram Rəhimovla bağlı məlumat yaydı

Sonrakı yazı

Millət vəkili Q.Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.