“Ermənistanın paytaxtında keçirilən həm Paşinyanın tərəfdarlarının, həm də onun əleyhidarlarının mitinqlərini müqayisə etsək Paşinyanın dinc yolla istefaya göndəriləcəyinə inanmaq mümkün deyil”.
“Reportyor.info” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, əslində Ermənistanın generalları Qarabağdakı ağır məğlubiyyətlərinə görə xəcalətlərindən yerə girməli idilər:
“Ancaq əksi baş verib. Onlar həyasızlıqla Paşinyanı istefaya göndərmək istəyirlər. Fikirimcə ölkənin daxilində dövlət çevrilişi etmək istəyən Sərkisyan, Koçaryan, Manukyan və başqa yaramazlar onlara kənarda ağalıq edənlərlə birlikdə Paşinyanı çıxarda bilməyəcəklər, məyus olacaqlar.
Camaatın fikrini döndərmək üçün bu insanlar necə həyasız şaiyələr uydururlar. Türkiyənin xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsindən ağlasığmaz yalanlar uydururlar”.