Türkiyəli ziyalılar və fəal gənclər “hər zaman Azərbaycanın yanındayıq” deyiblər

14 Sentyabr 2018 - 01:18
25 oxunma

Millət vəkili Q.Paşayeva AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək “Unudulan sözlər yaşadılsın: “Divanü Lüğat-it Türk” beynəlxalq konfransının təşkilatçıları ilə görüşüb. Azərbaycan Xal Cümhuriyyətinin 100-cü ildönümü, Azərbaycan Ordusunun 100 illiyi və Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam Ordusunun Bakını işğaldan azad edilməsinin 100-cü ildönümünün keçirildiyini deyən millət vəkili Q.Paşayeva onları Azərbaycanda görməkdən çox şad olduğunu bildirdi və bu 3 mühüm və tarixi hadisələr barədə geniş məlumat verib.

Millət vəkili həyata keçirilən layihənin əhəmiyyətini vurğulayaraq, bu kimi layihələrin iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında ortaq mədəniyyətimizin, folklorumuzun öyrənilməsi baxımından vacibliyini vurğulayıb və təşkilatçılara uğurlar diləyib. Ortaq mədəniyyətimizin, folklorumuzun öyrənilməsi baxımından layihələrin sayının artırılmasının vacibliyini qeyd edən millət vəkili bu işdə onlara əlindən gələn dəstəyi göstərməyə çalışacağını deyib. Görüşdə həyata keçirilməsi nəzərdə tutulan layihələr ətrafında geniş fikir mübadiləsi də aparılıb. Türkiyənin Azərbaycanda səfərdə olan aydınları və fəal gəncləri millət vəkili Qənirə Paşayeva ilə görüşüblər. Qonaqları salamlayan millət vəkili Qənirə Paşayeva Azərbaycan Xal Cümhuriyyətinin 100-cü ildönümü, Azərbaycan Ordusunun 100 illiyi və Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam Ordusunun Bakını işğaldan azad edilməsinin 100-cü ildönümünün keçirildiyini və Azərbaycanda görməkdən çox şad olduğunu deyən millət vəkili Q.Paşayeva bu 3 mühüm və tarixi hadisələr barədə geniş məlumat verib. Qənirə Paşayeva Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Millət vəkili Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Q. Paşayev görüş zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva daha fəal olmalıyıq deyib. Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən qardaş Türkiyənin aydınları və gənc fəalları bir millət iki dövlət olduqlarını və hər zaman Azərbaycanın yanındayıq deyiblər. Millət vəkili Q.Paşayeva Türkiyənin aydınlarına fəal gənclərinə Azərbaycanla bağlı, Qarabağ problemi və Xocalı soyqırımı həqiqətləri ilə bağlı çoxlu materiallar hədiyyə edib.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"