14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Türkiyədə ölənlərin sayı 39-a çatdı

27 Yanvar 2020, 15:16
Dünya, Manşet
A A
Türkiyədə ölənlərin sayı 39-a çatdı

Türkiyənin Daxili İşlər, Səhiyyə, Ədliyyə, Ətraf Mühit və Şəhərsalma nazirləri və ölkənin hakim Ədalət və İnkişaf Partiyasının rəhbərinin vəkili Elazığ şəhərində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinə dair birgə mətbuat konfransı keçiriblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, mətbuat konfransında Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altından 45 nəfərin sağ çıxarıldığını, 39 nəfərin isə həlak olduğunu deyib. Nazir iki nəfərin də ürək tutması nəticəsində öldüyünü bildirib.

Məlumat verilib ki, yeraltı təkanların meydana gəldiyi vaxtdan indiyədək bölgədə 948 afterşok qeydə alınıb.

S.Soylu zəlzələdən dərhal sonra ölkənin Təhsil Nazirliyi tərəfindən uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə bölgəyə müəllimlərin cəlb olunduğunu deyib.

Qeyd edilib ki, zəlzələdən əziyyət çəkənlər üçün indiyədək 45 sığınacaq açılıb. Elazığın mərkəzində 1000 konteynerli müvəqqəti yaşayış mərkəzinin tikintisinə başlanılıb.

Bu gündən etibarən həm Malatya, həm də Elazığda ictimai qurumlar fəaliyyətə başlayıb.

Səhiyyə naziri Fahrettin Koca hazırda xəstəxanalara müraciət edən 1607 nəfərdən 86-nın müalicə olunduğunu deyib. Onlardan 18-i reanimasiya şöbəsindədir.

Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum Elazığda 2 min yeni evin tikiləcəyini, bu gündən etibarən sahə və yer tədqiqatlarına başlanıldığını qeyd edib.

Bildirilib ki, hazırda bölgəyə dəyən zərərin məbləği hesablanır. Beş min mütəxəssis tərəfindən bu istiqamətdə aparılan araşdırmaların 10 gün ərzində tamamlanacağı planlaşdırılır.

Nazir hadisə nəticəsində 50 tikilinin dağıldığını, 308-nin isə ağır zədə aldığını qeyd edib.

Ədalət naziri Abdulhamit Gül bölgədə ədliyyə xidmətlərinin qaydasında davam etdirildiyini deyib.

Ədalət və İnkişaf Partiyasının rəhbərinin vəkili Numan Kurtuluş Türkiyənin hər yerindən zəlzələ baş verən bölgəyə dəstəyin göstərildiyini bildirib.

Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib.

Əvvəlki yazı

Rəşad Mahmudov şəhid anasını ziyarət edib – Foto

Sonrakı yazı

Zəlzələdə evi yıxılan azərbaycanlı: “Ərimə dedim ki…”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.