Türkiyədə son sutka ərzində daha 53 nəfər koronavirusdan ölüb.
Reportyor.info xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 3 849 nəfərə çatıb:
“Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 704 nəfərinin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 141 475 nəfərə çatıb. Müalicə olunan 3 109 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 98 889 nəfər koronavirusdan müalicə olunub”.