06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Türkiyədə açılan yeni telekanalın Ziya Məmmədovla nə əlaqəsi var?

13 Aprel 2018, 14:22
Seçmə
A A
Türkiyədə açılan yeni telekanalın Ziya Məmmədovla nə əlaqəsi var?

Dünən ölkənin bir sıra saytlarda “Azərbaycanın media holdinqi Türkiyədə xəbər kanalı açır” sərlövhəli yazı dərc olundu. Həmin məlumatda qeyd edilirdi ki, Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” şirkəti İstanbulda “Cine 5” və “Kanal 6” telekanallarının ofisinin yerləşdiyi binada bu istiqamətdə 3 aydır intensiv hazırlıq işləri aparır. Yeni açılan kanalın adı TR24 olacaq. Kanalın idarə heyətinin rəhbəri Elnur Abdullayev, baş direktoru isə jurnalist, ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov olacağı qeyd edilir. Anonsu verilən bu işin qlobal bir layihə olduğuna şübhə yoxdur. Ən maraqlısı isə budur ki, “Global Media”nın 8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyi vurğulanır. Sözügedən şirkətlə bağlı verdiyimiz axtarışlarda onun indiyə qədər Azərbaycanda hansısa bir işə imza atdığına dair məlumata rast gəlmədik. Türkiyədə telakanal açmağın asan bir iş olmadığını nəzərə alsaq, onda bu kanalın arxasında kimin durduğu və hansı maliyyə hesabına ərsəyə gəldiyi sual doğurmaya bilməz. Bir neçə gün əvvəl, virtualaz.org Türkiyədəki qaynaqlara istinadən bildirib ki, “Global Media” qrupu bu ölkədə açmağa hazırlaşdığı xəbər telekanalı üçün indiyə qədər azı 4 milyon dollar xərcləyib, daha bir neçə milyon dollar da xərclənməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “Global media”nın rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti Azərbaycan mediasına tanış isimlər olmasa da, Baş müdir kimi təqdim olunan Məmməd Gülməmmədovun kim olduğunu müəyyənləşdirmək çətin olmadı. O, “Ölkə.az” saytının baş redaktorudur. Bu layihə ilə bağlı təqdim olunan adlar içində ən diqqət çəkəni isə idarə heyətinin rəhbəri kimi qeyd edilən Elnur Abdulayev oldu. Faktiki olaraq şirkətin başında dayanacaq bu soydaşımız kimdir? Azinforum.az bu xüsusda maraqlı detalları üzə çıxarıb. Məlum olub ki, Elnur Abdullayev sabiq nəqliyyat naziri Ziya Məmmədovla yaxın qohumluq əlaqələrinə malikdir – onun baldızı oğludur. Elnur Abdullayev Ziya Məmmədovun nazir olduğu dönəmdə yüksək vəzifələrdə çalışıb. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust, 2015-ci il tarixli əmri ilə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl isə E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Qeyd edə ki, yeni fəaliyyətə başlayan dövrlərdə ölkə.az saytı da Ziya Məmmədova yaxın olan KİV kimi tanınırdı. Bizə o da məlumdur ki, indiyə kimi Tükiyədə media layihələrilə SOCAR və ona yaxın dairələr məşğul olub. Hətta yeni açılan telekanalın da, SOCAR-a yaxın şəxslər tərəfindən ərsəyə gətirildiyinə dair məlumatlar var. Onda isə maraqlı sual yaranır: belə qlobal və əhəmiyyətli layihəyə rəhbərlik niyə məhz Ziya Məmmədov yaxın olan adamlara həvalə edilib? Mövzuya qayıdacayıq…

Çinarə SEYİDOVA

Azinforum.az

Əvvəlki yazı

İlham Əliyevdən yeni təyinat

Sonrakı yazı

Abutalıbovun milyonluq parkomat biznesi niyə əlindən alındı? – Reportaj

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.