Türkiyə XİN:”Nümayəndələr Palatasının qərarı Türkiyə-ABŞ münasibətlərinə ziddir”

11 İyun 2019 - 16:08
183 oxunma

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasında ABŞ-Türkiyə ittifaqına dair qəbul edilən qərarla bağlı açıqlama yayıb.

Bu qərar Türkiyə-ABŞ arasındakı dostluq və müttəfiqlik münasibətlərinə ziddir.

“Dost və müttəfiq ölkələr arasında fikir ayrılıqlarının olması həmin ölkələrin daxili qanunlarına hörmətsizliklə nəticələnməməlidir. Vəziyyətdən çıxış yolunu hər zaman olduğu kimi dialoq və müzakirələrdə görürük. Bunun əvəzinə sanksiyalar tətbiq etmək hədəsi, bəhanələr yolu ilə müddət uzatmaq, qarşılıqlı etibara zərər vuracaq qərarlar qəbul edilə bilməz”, – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, iyunun 10-da ABŞ Nümayəndələr Palatasında qəbul edilən qərarda ABŞ-Türkiyə əlaqələrindən narahatlıq ifadə olunub. Qərarda Türkiyənin xarici siyasəti və məhkəmə sistemi tənqid edilib. /APA

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"