Türkiyə parlamentinin vitse-spikeri:”Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”

12 İyun 2019 - 15:26
201 oxunma

“Türkiyə və Azərbaycan qardaş ölkədir. Azərbaycanın inkişafı bizi çox sevindirir”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç Bakıda keçirilən “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfransında deyib.

TBMM-nin vitse-spikeri qeyd edib ki, heç bir dövlət dünyada baş verən proseslərdən kənarda qala bilməz: “Terrorla ciddi mübarizə aparmaq üçün ortaq mövqe olmalıdır. Bu sahədə iki və çoxtərəfli müzakirələr aparıla bilər. Avropada islamafobiya ortaya çıxır. Bu, narahatlıq doğurur. Ona görə də bu məsələ şiddətlənmədən qarşısı alınmalıdır. İnanıram ki, Bakı Parlament Platforması bu və ya digər məsələlərlə bağlı ciddi işlər görəcək”.

O bildirib ki,Dağlıq Qarabağ  münaqişəsində Türkiyə Azərbaycanı dəstəkləyir: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyə bu istiqamətdə atılan addımlarda Azərbaycanın yanındadır”./Report

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"