08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Türkiyə dörd dövlətlə hərbi toqquşmaya cəlb olunur – TƏHLİL

14 Noyabr 2018, 12:35
Siyasət, Manşet
A A
Türkiyə dörd dövlətlə hərbi toqquşmaya cəlb olunur – TƏHLİL

Əhməd Alim

“Əl-Monitor”

 

Oktyabrın 30-da Türkiyə Şərqi Aralıq dənizində neft və qaz üzrə qazma işlərinə başladığını açıqlayıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, qazma gəmisi hər hansı bir maneə ilə üzləşərsə, türk hərbi dəniz qüvvələri onun müdafiəsi üçün bütün lazımi addımları atacaq.

Bu, bir tərəfdən, Şərqi Aralıq dənizi regionunda mövcud olan gərginliklərin arxasında, Türkiyə ilə Misir, digər tərəfdən isə Kipr və Yunanıstanla münaqişə işığında baş verir.

Belə ki, oktyabrın 10-da üç ölkə təbii qaz istifadəsi siyasətini əlaqələndirmək məqsədilə Qahirə mərkəzli Yaxın Şərq Qaz Forumunu qurmağı qərara alıb.

Həmçinin, Misir sentyabrın 19-da Kiprlə “Afrodit” qaz yatağından ixracıı Misirin maye qaz zavodları ilə birləşdirmək barədə müqavilə imzalayıb. Bu, Misirin regional neft-qaz şəbəkəsinə çevrilməsi çərçivəsində həyata keçirilib. Boru kəməri 2022-ci ildə Misir zavodlarına ildə təxminən 700 milyon kub fut (19,8 milyon kubmetr) qaz vurmağa başlayacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hələ fevralın 4-də mətbuata bəyan edib ki, Misir və Kipr arasında 2013-cü ilin dekabrında imzalanan müqavilə ilə iki ölkənin müstəsna iqtisadi zonasını müəyyənləşdirməsi qanunsuzdur. Çavuşoğlu razılaşmanın Türkiyənin qitə şelfini pozduğunu iddia edib. Fevralın 11-də Türkiyə Kipr dəniz dənizkənarı zonasının müəyyən ərazilərinin Türkiyənin və ya Türk Kiprinin ərazisinə düşdüyünü iddia edərək, İtaliyanın “ENI” neft şirkəti qazma gəmisinə maneə törədib.

Misir Neft Nazirliyinin sözçüsü Həmdi Əbdüləziz “Əl-Monitor”a deyib: “Misir Şərqi Aralıq dənizində Türkiyənin hərəkətləri ilə bağlı narahat deyil, çünki Qahirə Kipr və Yunanıstanla beynəlxalq hüquq çərçivəsində bağlanmış demarkasiya sazişləri əsasında işləyir”.

O əlavə edib: “Misir, Kiprdən Şərq Aralıq dənizinin qazını mayeləşdirərək yenidən ixrac etməklə regional enerji qaynağı halına gəlmək istəyir. Ölkənin elə böyük irəliləyişi var ki, hər hansı bir aktyorun onu zəiflətməsi çətindir. Misir Şərq Aralıq dənizindəki qazanclarını qorumağa qadirdir”.

“Həm də Misir Şərqi Aralıq dənizindəki iqtisadi zonada qaz və neft axtarmaq üçün İtaliyanın “ENI” şirkəti kimi transmilli qurumlarla əməkdaşlıq edir və bu səyi davam etdirəcək”.

Şərqi Aralıq dənizi bölgəsinin əhəmiyyətli strateji təbii qaz ehtiyatları 122 trilyon kub futdur (3,45 trilyon kubmetr).

2015-ci ildə Misirin “Zöhr” yatağının kəşf edilməsi Şərq Aralıq dənizindəki təbii qaz xəritəsini dəyişdirib, çünki ərazinin qaz ehtiyatları 30 trilyon kub fut (850 milyon kubmetr) səviyyəsində qiymətləndirilir.

Misirin neft naziri Tariq əl-Mullanın açıqlamasına görə, “Zöhr” ildə 3 milyard dollar dəyərində qaz tədarükünü təmin edir.

Mulla iyulun 5-də keçirdiyi mətbuat konfransında bildirib ki, Misir 2019-cu ildə qaz ixrac etməyə başlayacaq.

Enerji araşdırmaçısı İbrahim əl-Qitani deyib: “Aralıq dənizindəki Kipr iqtisadi bölgəsinə daxil olan bəzi sahələrlə bağlı Kipr və Türkiyə arasında anlaşmazlıq var. Türkiyə daha əvvəl bir sıra Kipr bölgələrində neft-qaz qazma əməliyyatlarını maneə törədib”.

“Türkiyənin hərəkətləri Şərq Aralıq dənizində qaz kəşfiyyatına təsir göstərə bilər. Misirin Kiprlə qaz boru xəttinin qurulması planına, xüsusilə Türkiyənin Kipr istehsalına və ya kəşfiyyat prosesinə də maneə törətməsi mümkündür. Ancaq Türkiyənin öz iqtisadi bölgəsində Misirin kəşfiyyatını birbaşa təsir etməsi ehtimalı yoxdur”.

Qitaninin sözlərinə görə, 2015-ci ildə qaz ehtiyatlarının tapılmasından sonra Türkiyənin Misirin Şərq Aralıq dənizindəki müvəffəqiyyətini təsir göstərməsi qeyri-mümkündür. Digər tərəfdən, Türkiyə öz ehtiyaclarını təmin edə bilməsi xeyli vaxt aparacaq.

Başqa sözlə, Türkiyənin Şərqi Aralıq dənizində enerji mərkəzi kimi Misirə rəqib olması çətindir. Bu, xüsusilə, Misirin Kipr, Yunanıstan və hətta İsraillə əməkdaşlığı halında inandırıcı deyil.

2017-ci ildə Türkiyənin təbii qaz istehlakı 53 milyard kubmetr (1,8 trilyon kub fut) təşkil etsə də, o dövrdə istehsal 350 milyon kubmetrdən (12,3 milyard kub fut) artıq olmayıb.

Bəni Suəf Universitetinin sabiq prezidenti və beynəlxalq hüquq professoru Əhməd Rifaat “Əl-Monitor”a bildirib ki, Türkiyə 2013-cü ildə Misirlə Kipr arasında imzalanan sazişi manevr kimi qəbul etmir. Ankara zəif hüquqi mövqeyə sahibdir və Kiprdə qazma işləri aparmaq haqqı yoxdur. Çünki bu həm beynəlxalq qanuna, həm də dəniz hüququna dair BMT Konvensiyasına ziddir.

Rifaat əlavə edib: “Kipr və Yunanıstanla sərhəd demarkasiyası müqaviləsi olmadığı halda, Misir Aralıq dənizində enerji sahəsində irəliləyiş əldə edə bilməyəcəkdi. Hər hansı bir kəşfiyyat işinə mane Türkiyənin təcavüzü kimi qiymətləndiriləcək və dövlətlər nəticə etibarilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilərlər. Amma bu andan Türkiyə uduzan tərəf olacaq”.

Rifaat əlavə edib: “Misir və Kipr arasında beynəlxalq hüquqa uyğun bir neçə razılaşmanın imzalanmasından sonra Kiprə qarşı hər hansı bir pozuntu vəziyyətində rəsmi Qahirənin ona dəstək verməsi tələb olunur. Bu, silahlı münaqişənin baş verməsi demək deyil, amma Türkiyə üçün çəkindirici hüquqi və siyasi amildir. Dövlətlər arasındakı mübahisələrin həlli üçün səlahiyyətli beynəlxalq qurumlar olmalıdır”.

 

Tərcümə: Strateq.az

Əvvəlki yazı

“…Filmlərin və teleserialların artmasına ehtiyac var”

Sonrakı yazı

Sumqayıtda bloklar həkimlərə təmir etdirilir – Foto

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.