TÜRKİYƏ DİPLOMATI NİYƏ ÖLDÜRÜLDÜ? –Ankaranın inadkar davranışlarına indi də terrorla cavab verilir – TƏHLİL

20 İyul 2019 - 09:55
151 oxunma

Bəkir Xəzər

“Takvim”, Türkiyə, 18 iyul 2019-cu il

 

Liviyalı separatçı general Həftərin arxasında ABŞ, Qərb, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İsrail dayanır. Bu generalın döyüşçülərinə təlimatı əsasında 6 türk dənizçisi Liviyada qaçırılmışdı. Türkiyə, hava sahəsinə girən türk təyyarələrinin və limanlarına yanaşan türk gəmilərinin düşmən hədəfi sayılacağını elan edən Həftərə ultimatum verdi və dənizçilərin buraxılmayacağı təqdirdə, Həftərin yaşadığı yerin düşmən bölgəsi elan ediləcəyini bildirdi. Yəni, Türkiyə “Vurarıq!” dedi. 6 dənizçimiz dərhal azad edildi.

Orta Şərqdən Aralıq dənizinə və Afrikayadək hər bir yerdə böyük oyunlar oynanılır. Türkiyənin bu üç bölgənin hər birində güclü nüfuza malik olması bəzilərini çox narahat edir. Liviyada BMT-nin tanıdığı hökuməti dəstəkləyən Türkiyə, enerji qaynaqları təsbit edilən Aralıq dənizində də bu ölkə ilə birlikdə hərəkət etməyi hədəfləyir.

Yüzlərlə hərbi gəmisi ilə Aralıq dənizində at oynadan Qərbin “quzğunlar”ı Ankaranın getdikcə artan gücünü zəiflətmək üçün terroru və çirkli ittifaqları səhnəyə çıxarırlar. Liviyada dəstəklədikləri generalı adam qaçıran quldura çevirməkdən belə çəkinmirlər.

Aralıq dənizində təbii qaz ehtiyatları bizim nəzarətimizdə olan bölgələrdən püskürəcəyinin işarətlərini verdiyi bir vaxtda, AB axmaqcasına gedişlər edir. Türkiyəyə sanksiya tətbiq etməyə çağırışlar edilir. Dəliyə dönürlər. Türkiyənin Aralıq dənizində zəngin təbii qaz ehtiyatlarına qovuşma ehtimalı onların kabusuna çevrilib. Keçmişdə onlardan asılı idik. İcazəsiz qımıldana da bilmirdik. İndi onları enerjidə Türkiyədən asılı hala düşmə qorxusu sarıb.

S-400-ləri alaraq Qərbin bütün təzyiqlərini heçə sayan Ankara, bütün dünyaya “Mən artıq əvvəlki Türkiyə deyiləm” mesajını verdi. Cavab səsi İsrailin ictimai-siyasi xadimi Yair Lapiddən gəldi. Yair, “ABŞ S-400 almaqla güclənən Türkiyəyə F-35 verməsin. Yoxsa, önündə kimsə dura bilməz” deyərək bağırır.

Bu səbəblə, Liviyada başlayan, Nigeriyada 10 dənizçimizin qaçırılması ilə davam edən quldurluq oyunu dünən Şimali İraqda terrora çevrildi. Subpodratçıdan istifadə edilərək, Türkiyə konsulluğunun bir əməkdaşı şəhid edildi. İllərdir Ərdoğana və Türkiyəyə hücum edən, ölkəmizi “bitmiş ölkə” adlandıran New York Times qəzeti dünən “Ərdoğan Qərbi çaşdırdı” yazaraq, ürəyindən keçəni, nəhayət, açıq dedi. Bəli, həm uğursuzluğa düçar oldular, həm də çaşdılar.

NewYork Timesda “Ərdoğan müstəmləkəçi Qərbdən asılı olmayan güclü Türkiyə üçün qərarlı duruş nümayiş etdirir” deyərək, etiraf edir və ağlayırlar.

İngiltərənin Daily Telegraph qəzeti də dünən bir məqalə nəşr edib. Məqalədə “Türklər NATO-nu saymadılar, alçaltdılar. Dərhal NATO-dan çıxarılmalıdırlar” deyərək, səs-küy salırlar. Zavallılar… NATO onsuz da balacalaşıb, bambalaca olub. Bizim onu kiçiltməyimizə ehtiyac yoxdur ki. Öz səhifələrində ABŞ-a yalvarırlar, qaz verirlər. Elə səfehləyirlər ki, axmaq durumuna düşürlər. Məsələn, həmin məqalədə “Ərdoğan özünü Brüsseldə deyil, Moskvada evindəki kimi hiss edir” yazaraq, axmaqcasına şərh verirlər. Zəka çatışmazlığı yaşayanlara baxın, Brüssel nə zaman bizim evimiz olub? Türkiyəyə terror hücumları artarkən, Suriyadan təhdidlər gələrkən NATO harada idi? Brüssel nə edirdi? Çevriliş təşəbbüsü NATO-dan gəlmədimi? Nə üçün çevriliş edənləri hələ də NATO qərargahlarında qəbul edirsiniz? Brüssel və bütün Qərb paytaxtları niyə PKK ofisləri ilə doludur? Terrorsevərlər, siz öncə buna cavab verin.

Hər tərəfdən hücum edərək çətin vəziyyətə saldıqları Ərdoğanı Daily Telegraphda “Qərblə anlaşmalarında usta manipulyator” adlandıraraq, əslində, təslim olurlar. Bəli, usta onların əsəblərini çox pis şəkildə pozub. Güclənən, müstəqilliyini möhkəmləndirən Türkiyəni artıq həzm edə bilmirlər. Bu üzdən, adı batmış Daily Telegraph” boş yerə yazmır ki, “Türkiyə artıq Qərbin tərəfini deyil, öz tərəfini tutur”.

Yeri gəlmişkən, cümlə eynilə belə yaxşı deyilmi?

Tərcümə Strateq.az-ındır

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"