“Turan TV”nin əməkdaşı Almaniyadan deportasiya olunub

11 İyun 2019 - 23:01
135 oxunma

Fransada fəaliyyət göstərən “Turan TV”nin əməkdaşı Vüqar Niftiyev Almaniyadan deportasiya edilib. “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, sığınacaq üçün Almaniyaya müraciət edən jurnalist V.Niftiyev rədd cavabı alıb.
Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) ötən ay azərbaycanlı jurnalist haqqında deportasiya qərarı çıxarıb.
“Turan TV”də yayımlanan “Azərbayacan Saatı” verlişi üçün çalışan jurnalist ötən gün polislərin müşayiəti ilə Düsseldorf hava limanına gətirilib.
Ukraynanın paytaxtı Kiyevə yola salınan jurnalistin oradan Azərbaycana göndərilməsi gözlənilir.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"