Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” bu gün Kiprin APOEL klubunu qəbul edəcək.
Reportyor.info xəbər verir ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarına 30 min Azərbaycan bayrağı düzülüb. Bayraqlar 60×40 ölçüsündədir.
Qeyd edək ki, sözügedən matç saat 20:55-də başlayacaq