01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Trampın qəfil təbriki və “əcəl zəngi” – “işğalçı Qarabağı itirəcək…”

17 May 2018, 09:27
Siyasət
A A
Trampın qəfil təbriki və “əcəl zəngi” – “işğalçı Qarabağı itirəcək…”

Baş nazir dəyişikliyindən sonra Ermənistan uğrunda ABŞ-Rusiya rəqabəti daha amansız mərhələyə keçir; Rusiya nəşri Qarabağla bağlı İrəvana pis müjdə verdi və Nikol Paşinyanı “ABŞ-ın əlaltısı” adlandırdı: “Qərb ermənilərə böhran hazırlayır…”

Mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyan ilk dəfə bir araya gəldilər. Maraqlıdır ki, bundan cəmi bir gün sonra ABŞ prezidenti Donald Tramp N.Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik edib.

Ağ Ev başçısının təbrik məktubunda “ikitərəfli maraq kəsb edən müxtəlif sahələr, o sırada ticarət əlaqələri, demokratiya, regional təhlükəsizlik məsələlərdə birgə fəaliyyətin güclənəcəyinə ümid ifadə edilir, eyni zamanda korrupsiya ilə mübarizə və Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin bu səylərə kömək ola biləcəyini vurğulanır.

Erməni KİV-i isə Trampın məktubu ilə bağlı diqqəti ən əvvəl bu faktın unikallığına cəlb edib. “ABŞ prezidenti səviyyəsində Ermənistanın başçısı az qala, ilk dəfə təbrik edilir. Hər necə olmasa, ötən 2 onillikdə belə təbrik olmayıb. Maksimum Dövlət Departamenti səviyyəsində gəlib. Beləcə, Paşinyan bu günədək onun sələflərinə qismət olmayan bir şeyi – xalqın dəstəyini və dünyadakı yeganə fövqəldövlətin təbrikini alıb”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə lragir.am nəşrindəki məqalədə deyilir.

Lakin sevinməyə əslində əsas yoxdur. Əksinə, indiyədək görünməmiş bu “nadir” təbrik “işğalçı Ermənistan üçün yeni və daha fəlakətli dönəmin – Ermənistan uğrunda ABŞ-Rusiya rəqabətinin açıq müstəviyə keçmək üzrə olmasının xəbərçisi də ola bilər. Bir növ ”əcəl zəngi” yəni…

*****

Yada salaq ki, Paşinyanı baş nazir postunda ilk təbrik edən V.Putin olub – hərçənd, hətta Soçi görüşündən, yeni erməni baş nazirin vədləri və sədaqət andından sonra da Rusiyada Paşinyana dərin etibar yaranmayıb. Rusiya KİV-də hələ də davam edən şərhlərdən aydın olan qənaət belədir ki, onu Ermənistanın Saakaşvilisi olmaq istəyən gizli qərbçi kimi qəbul eləməkdə davam edirlər.

Pashinyan ile ilgili görsel sonucu

Bu xüsusda Trampın N.Paşinyana təbrikinin Soçi görüşündən dərhal sonraya təsadüf eləməsi təsadüfə az oxşayır. Bunu haradasa Amerikanın Rusiyaya “Paşinyanı heç də özününkü bilmə, o bizim uşaqdır” şəklində incə çatdırışı saymaq mümkündür. Hər necə olmasa, işğalçı ölkədəki məlum küçə hərəkatının əsas sponsorunun Amerika olduğuna artıq az adam şübhə edir.

Bunu Paşinyanın kadr təyinatlarından da görmək olar. O, artıq açar vəzifələrə (baş nazirin müavini, xarici işlər, müdafiə, ədliyyə nazirləri və s.) qərbyönlü kadrları gətirib. Hətta iqtisadi məsləhətlər almaq üçün ABŞ-dan mütəxəssis – Daron Acemoğlunu dəvət edib. Bütövlükdə Serj Sərkisyanın köhnə hökumətindəki qarabağlıları “amerikalılarla” əvəzləyib. “Amerikanlaşma” hələ bitməyib və Moskvada yəqin ki, bunun fərqindədirlər.

*****

Trump ile ilgili görsel sonucu

“Nikol Paşinyan baş nazir olandan sonra öz publik çıxışlarında rusofobiyanı nəzakətlə əvəzlədi, söz verdi ki, Rusiya ilə əməkdaşlığı gücləndirəcək. Ancaq Amerikanın əlaltısı bunu necə edəcək? Falçıya getməyə gərək yox – Ermənistan mütləq Qərb təsiri altına keçəcək və Rusiya ilə münasibətləri korlayacaq. Bəs Moskvanın dəstəyi olmadan bu balaca Qafqaz respublikasını nə gözləyir? Yaxşı heç nə”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Rusiyada nəşr olunan “Ekspress qazeta” (təsisçisi “Komsomolskaya Pravda” nəşriyyat evidir) yazıb.

Məqalədə daha sonra deyilir: “Amerikalılar Ermənistanda uğurlu şəkildə və çox sürətlə növbəti ”maydan” həyata keçirdilər. Cəmiyyətdə süni şəkildə etiraz ovqatını gücləndirdilər, İrəvanda etiraz aksiyaları təşkil elədilər və yekunda baş nazir Serj Sərkisyanın istefasına nail oldular. Bəli, Paşinyan indi ritorikanı dəyişib və yalan danışmağa başlayıb. Guya Rusiya ilə normal əlaqələr qurmağa hazırlaşır. İnanmayın”.

Ağ ev ile ilgili görsel sonucu

Daha sonra müəllif Nikol Paşinyanın müxalifətdəki mövqeyinə və bəyanatlarına diqqət yönəldərək yazır: “Axı bu, həmin Paşinyandır ki, daima hökumətdən kremlyönlü kursu dəyişməyi tələb edir, parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması prosesini işə salmağa çağırırdı… Təəssüf ki, Ermənistanın yaradılmasında Rusiyanın nələr elədiyini, hansı fəallığı göstərdiyini indi az adam xatırlayır (bu yerdə müəllif XIX əsrdə İran və Türkiyə ermənilərinin kütləvi şəkildə türk torpaqları olan İrəvan quberniyasına və Qarabağa köçürülməsini yada salır – red.) Ermənistan indi zindan və çəkic arasında olan bir durumda – əbədi düşmənləri Türkiyə və Azərbaycanın arasındadır. Əgər Rusiya regiondan getsə, ola bilsin, Ermənistan Yer üzündən silinməsin, Qərb imkan verməz, amma Dağlıq Qarabağı o itirəcək”.

Məqalənin sonunda ermənilərə başqa bir xəbərdarlıq yer alıb: “Cənubi Qafqazda müharibəni qızışdırmaq üçün Qərb ermənilərə siyasi böhran hazırlayıb. Axı ABŞ-ın versiyasına görə, Rusiya konfliktdə ermənilərə dəstək verəcək, azərbaycanlılar isə Türkiyədən kömək istəyəcək. Nəticə etibarilə ”Türk axını” və Suriya məsələsində Ankara-Moskva əməkdaşlığını unutmaq lazım gələcək”.

*****

Yəni nəşr əslində bununla ermənilərə mesaj vermək istəyir ki, Amerikanın vədlərinə, ssenarilərinə uymayın, müharibə variantında Rusiya ermənilərə görə Türkiyə və Azərbaycanla münasibətləri korlamaya da bilər və işğalçını Azərbaycanla baş-başa qoyar – ələlxüsus müharibə Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində gedəcəksə…

Siyasət şöbəsi,

Əvvəlki yazı

Heydər Əsədovun villaları – “Milyonerlər məhəlləsi”ndən “Tarqovı”ya qədər…

Sonrakı yazı

İtkin alpinistlər necə tapıldı? – Detallar

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.