Trampdan İrana: “Gəmilərimizə toxunmasanız yaxşıdır”

19 Avqust 2019 - 10:41
99 oxunma

ABŞ prezidenti Donald Tramp İrana  daha bir xəbərdarlıq edib. Bu barədə Reuters məlumat yayıb. O, bildirib  ki, İran su üzərində olan heç bir Amerika gəmisinə toxunmasa yaxşıdır.

ABŞ prezidenti hesab edir ki, İran tərəfi ABŞ ilə Cəbəllütariqdə tutulan tanker barədə danışmaq istəyir, lakin dialoqa necə başlayacağını bilmir.

“İran necə başlamağı bilmir, çünki qürurlu xalqdır”,- deyə, Tramp bildirib.

İyulun 1-də ABŞ-ın tələbi əsasında Suriyaya qarşı sanksiya rejimini pozmaqda şübhəli bilinərək saxlanılmış İrana məxsus “Grace 1” tankeri artıq Cəbəllütariqi tərk edib. ABŞ tankerin saxlanılması üçün məhkəmə qərarı çıxarıb və onu təqib edir.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"