Tramp Zelenski ilə görüşəcək

21 Sentyabr 2019 - 10:30
1709 oxunma

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşəcək.

Reportyor.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi BMT Baş Assambleyasının 74-cü sessiyası ilə əlaqədar Donald Trampın Nyu-Yorka səfərinə dair jurnalistlər üçün telefon brifinqində açıqlayıb.

O bildirib ki, Donald Tramp Vladimir Zelenski ilə energetika sahəsində, ticarətin genişləndirilməsi üzrə iki ölkənin əməkdaşlıq imkanlarını, habelə Ukrayna iqtisadiyyatının yenidən qurulmasının davam etdirilməsinin zəruriliyini müzakirə etmək niyyətindədir.

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Donald Trampın Britaniyanın Baş Naziri Boris Conson və Polşa Prezidenti Andjey Duda ilə görüşü də planlaşdırılıb. ABŞ Prezidenti, həmçinin Koreya Respublikası, Misir, İraq, Salvador prezidentləri, Pakistan, Yeni Zelandiya, Sinqapur, Hindistan və Yaponiyanın Baş nazirləri ilə görüşəcək.

Sentyabrın 25-də Donald Trampın mətbuat konfransı keçiriləcək.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"