13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TRAMP VƏ KİM ÜÇÜN “FANTASTİK GÖRÜŞ” – ABŞ və Şimali Koreya bu görüşdən nə qazandılar?

16 İyun 2018, 19:02
Dünya
A A
TRAMP VƏ KİM ÜÇÜN “FANTASTİK GÖRÜŞ” – ABŞ və Şimali Koreya bu görüşdən nə qazandılar?

ABŞ və Şimali Koreyanın bayraqları səhnədə yan-yana düzülüblər. Əks tərəflərdən iki nəfər səhnəyə çıxaraq bir-birinin əlini sıxır. Fotoqraflar şəkil çəkirlər və bu iki şəxs yenidən gedirlər. Bunlar bütün dünyanın həmin iki nəfər haqqında danışdığı mənzərənin xülasəsidir.

Bu görüş Kim Çen In üçün bəraət anı idi. Onun nüvə silahı ilə əlaqədar məntiqli və ağıllı siyasəti öz təsdiqini tapdı. Şimali Koreyanın Stalinin tikdirdiyi həbs düşərgələrindən çox az fərqlənən düşərgələrində yüz minlərlə insan məhv olub. Belə kiçik, kasıb, həm də bir qədər ac ölkə Birləşmiş Ştatlarla bərabər səviyyədə danışıqlar aparır. Əgər Kim özünün nüvə proqramını irəliyə sürməsəydi və nüvə başlıqlı raketlərin uçuş vasitələrini təkmillədirməsəydi, onda prezident Tramp belə bir görüşə gəlməzdi.

Sinqapurdan çəkilmiş fotolar Kimə mühüm problemləri həll etməyə kömək edir. Bütün diktatorlar təhlükəsiz deyildir, mütləq diktatorlar isə digərləri ilə müqayisədə heç təhlükəsiz deyillər. Bir neçə il bundan öncə Kim düşünülmüş şəkildə dayısını öldürərək, qalan elitanı rəqibinin zenit pulemyotu qarşısında necə tikə-tikə parçalanmasını müşahidə etməyə məcbur etdi. Qorxu və dəhşət hakimiyyətə göndərilən mesajlardan biridirsə, digər üsul stimullaşdırma, heyranlıq duymaq və iltifat göstərməkdir. Bayraqlar və əl sıxışması Kimin legitimliyini möhkəmləndirir və onun hakimiyyətdən salınmasını mürəkkəbləşdirir.

Tramp üçün bu obraz bir neçə digər növ problemləri həll edir. Hüquqi baxımdan onun legitimliyi şübhə doğurmur. Hal-hazırda Trampı narahat edən məsələlər var. İqtisadiyyatla bağlı incə məsələlərdə və təhlükəsizliyin qorunmasında dağıdıcılıqdan başqa heç nəyə nail olunmayıb. Öncəki müqavilələr, institutlar barəsində “G-7” sammitində verilmiş sakitləşdirici bəyanatlar yalnız bir neçə gün bundan əvvəl olub. Bu arada isə Sinqapurda Tramp mürəkkəb məsələləri müzakirə etmədiyi üçün nə isə əldə edə bilməyib. Ümumiyyətlə isə hər hansı intellektual səylər barəsində söhbət belə getmir: fotoşəkillər, əl sıxışması və kamerlar qarşısında bir neçə söz demək sövdələşmə hissiyatı olan insan obrazının “sülh” istəməsidir.

Sinqapurdan çəkilən fotoşəkillər Tramp üçün çox mühümdür, çünki bu obrazları onun özü yaradıb. Müttəfiqləri ilə görüşdə Tramp sözlərinə nəzarət etmir və insanlara diqqət yetirmir. Doğrudan da “Böyük yeddilik”dəki acıqlı görüşün fəlakətli simvoluna çevrilən fotoşəkil, təbii ki, Trampın işi deyil. Almaniyalı fotoqrafın çəkdiyi şəkildə kansler Angela Merkel masaya tərəf əyilərək Amerika prezidenti ilə uşaq valideyni qarşısında dayanırmış kimi dayanaraq söhbət edir.

Amma Sinqapurda əksinə, Tramp kameraları nəzarət altında saxlayırdı, hətta bilərəkdən Sinqapur televiziyasına üstünlük verirdi. O, özünün bu bacarığından həzz alırmış kimi əlində kamera tutmuş jurnalistə deyir: “Sizin çəkdiyiniz foto yaxşı çıxırmı?”

O ki qaldı görüşdən çıxan nəticəyə, ümumilikdə deyə bilərik ki, heç bir nəticə yoxdur!

İmzalanmış yekun sənəd əvvəlki yayğın razılaşmanın sadəcə təkrarıdır. Bu sənəd keçmişdəki razılaşmada olduğu kimi, hər hansı konkretlikdən uzaq şəkildə “nüvə silahının ləğvi”ni vəd edir.

Bu onu göstərir ki, gələcəkdə danışıqlar barəsində danışıqlar davam edəcək. Amma indi bu, sadəcə Amerika-Şimali Koreya danışıqları idi.

Əgər vaxtilə hər hansı Amerikan prezidenti – istər respublikaçı, istərsə də demokrat olsun – bu qədər çəkilən zəhmətdən sonra belə az nəticə əldə etməklə vətənə dönərdisə, yəqin ki, təhqir kimi olardı.

Lakin Tramp və Kimın reallıq barəsində öz versiyaları var və onlar siyasət meydanında qalmaq istəyən iki personadır. Onların hər birinin təbliğat maşını var və bu maşın böyük uğur barəsində car çəkəcək. Tərəfdarları onları gurultulu şəkildə alqışlayacaq. Hətta ölkələri bu məsələdə böyük uğur qazanmasalar da, amma onların hər biri öz şəxsi uduşlarını əldə edirlər. Bu mənada yanaşsaq, Trampın söylədiyi kimi, ”görüş həqiqətən də fantastik idi”…

(“The Washington Post”)

Əvvəlki yazı

CRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO

Sonrakı yazı

”Azərbaycanlı ilahiyyatçı namazın Qurana uyğun düzgün vaxtlarını açıqladı”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.