12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tramp Krımı Rusiya ərazisi kimi tanısa… Qarabağa da təhlükə?

02 İyul 2018, 09:31
Dünya
A A
Tramp Krımı Rusiya ərazisi kimi tanısa… Qarabağa da təhlükə?

Ekspertlər Qarabağ üçün də belə bir təhlükəni istisna eləmirlər: “Trampdan hər şey gözləmək olar…”

“ABŞ Krımı Rusiya ərazisi kimi tanıya bilər”. ABŞ prezidenti Donald Tramp jurnalistlərin sualını cavablandırarkən belə bir qərarı istisna etməyib. Prezident “Bu məsələyə baxarıq” deyib. Tramp Krımın Rusiyaya birləşdirilməsində sələfi Barak Obamanı günahlandırıb. “Buna Barak imkan verdi” deyib.

Rusiyaya qarşı sanksiyaların ləğvi imkanları barədə suala da Trampın cavabı maraqlı olub: “Baxaq görək Rusiya özünü necə aparır…”

Bəs ABŞ-ın Krımı Rusiyanın tərkib hissəsi kimi tanıması mümkünmü? Bu baş versə, Qarabağ üçün də belə bir təhlükə vəd edirmi?

Politoloq Əhəd Məmmədli bildirdi ki, Tramp kimi proqnozlaşdırılmayan, Qüdsə ABŞ səfirliyini köçürməkdən çəkinməyən adamın qarşıdakı dönəmdə Krımı da Rusiya torpağı elan etməsi, ardınca Dağlıq Qarabağı tanıması belə, mümkündür: “Krım ruslar üçün daha müzakirə mövzusu deyil. Bu cür təklif Çexiya prezidenti tərəfindən də səslənmişdi. İndi də Tramp tərəfindən səslənir. Və buna da Ukraynanı vadar edə bilərlər. Əvvəllər Krımın Rusiyanın tərkibində olduğunu bəhanə edib Krımın anneksiyasını tanıya bilərlər. Artıq bunun mesajlarını da görürük. Dağlıq Qarabağla bağlı durum bir qədər fərqli olsa da, Trampın hər cür addım ata biləcəyi istisna deyil. Çox az ehtimal olsa da bu ehtimal var. Burada bizim xeyirimizə bi nüans var ki, Trampa erməni lobbisinin təsir imkanları yox dərəcəsindədir. Hələlik Qarabağa Trampdan real təhlükə yoxdur, amma kim zəmanət verə bilər ki olmayacaq da. Sabah Azərbaycanın ABŞ ya Rusiya ilə arası dəysə, Dağlıq Qarabağı da tanıya bilərlər. Ona görə nə qədər gec deyil, Azərbaycan öz torpaqlarını qaytarmalıdır”.

Akif Nağı ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, bu məlumat Rusiya mətbuatında gedib, ruslar da geniş şəkildə istifadə etməyə başlayıblar: “Rus mediası yazır ki, Ukraynanın ABŞ üçün önəmi yoxdur, istənilən vaxt Ukraynanı istifadə edib ata bilərlər və sair. Hesab edirəm ki, ABŞ-ın Krımı Rusiya ərazisi kimi tanıyacağı real deyil. Tramp iyulun 16-da Putinlə görüşəcək. Görüş öncəsi bu tipli açıqlamalar verir. Əslində isə ABŞ Krım məsələsini ən azından Rusiyaya təzyiq vasitəsi kimi hələlik arsenallarında saxlayacaq. Digər tərəfdən isə, məlum deyimə görə, heç bir dövlət, o cümlədən və xüsusilə ABŞ üçün daimi düşmən yoxdur, daimi maraqlar var. Burda bir məqam da var ki, ABŞ Rusiyanın  Donbası sərbəst buraxması müqabilində bu bazarlığa gedə bilər. Dağlıq Qarabağ məsələsinə gəlincə, Donald Tramp çox asanlıqla bu addımı ata bilər. Belə ki, Vaşinqton Ermənistanı tam öz nəzarətinə keçirərsə, Dağlıq Qarabağı tanıyıb, oraya silahlı qüvvələrini yerləşdirmək iddiasına düşə və bu istəyini reallaşdırmağa çalışa bilər. Çünki bu məntəqə ABŞ-ın İran və Türkiyə siyasətində vacib rol oynaya bilər. Onlar üçün coğrafi baxımdan əhəmiyyətli olan bu məntəqədən İrana və Türkiyəyə qarşı təzyiq və təhdid, hətta müdaxilə məqsədilə istifadə edə bilərlər. Odur ki, burada Azərbaycan, Türkiyə və İran üçün eyni təhlükələr yaranır. Ona görə də birgə əks-tədbirlər üzərində düşünməlidirlər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Əvvəlki yazı

Xalqdan deputatların tətil puluna üsyan:”Öz güzəranlarını yaxşılaşdırmaqla məşğuldurlar” -Fakt/foto

Sonrakı yazı

Qüdrət Həsənquliyev: “Fermer soğanın kisəsini 3 manata satır, bunu Allah da qəbul eləməz”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.