Tramp: “ABŞ Türkiyəyə güzəştə getmək niyyətində deyil”

21 Avqust 2018 - 12:06
171 oxunma

Vaşinqton Ankaraya güzəştə getmək niyyətində deyil.

Reportyor.info xəbər verir ki, bu haqda “Röyters” agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

“Mənim fikrimcə, Türkiyənin etdiyi çox kədərlidir. Düşünürəm ki, onlar ABŞ-a qarşı cavab ölçüləri tətbiq edərək böyük səhv edirlər. Heç bir güzəşt olmayacaq”, – o deyib.

Ağ Evin başçısı Türkiyəyə tətbiq etdiyi gömrük vergilərin Avropaya təsirindən də narahat olmadığını vurğulayıb.

ABŞ prezidenti amerikalı rahib Bransonun sərbəst buraxılması üçün Türkiyə ilə əldə edilən razılaşmanın bir hissəsi olaraq, İsraildə saxlanılan Türkiyə vətəndaşının azad edilməsinə kömək etdiyini söyləyib.

Xatirladaq ki, avqustun 10-da Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20, polada isə 50 faiz gömrük rüsümu tətbiq olunacaq.

Türkiyə isə ABŞ-ın ona qarşı iqtisadi sanksiyalarına cavab olaraq avqustun 15-dən ABŞ istehsalı olan bəzi məhsulların idxalında əlavə maliyyə öhdəliklərinin 100 faiz artırılmasına dair qərar verib. Qərara görə, Birləşmiş Ştatlardan alınan avtomobil, spirtli içki və tütün məmulatları da daxil olmaqla, müəyyən malların idxal rüsumları artırılıb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan həmçinin, bütün Amerika elektronika məhsullarının boykotunu elan edib.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"